1 iyun - Uşaqları Beynəlxalq Müdafiə günü
1 iyun 2013-cü il tarixdə Bərdə şəhər “Qəhrəmanlar” parkında 1 iyun - Uşaqları Beynəlxalq Müdafiə günü münasibətilə bayram tədbiri keçirilmişdir.
Tədbirdən öncə uşaqların bir hissəsi ümummilli lider Heydər Əliyevin heykəli qarşısına tər güllər düzərək ehtiramlarını bildirmişlər.
Tədbiri rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fəqət xanım Şadlinskaya açmış, ölkəmizdə əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan dövlət uşaq siyasətinin bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, YUNESKO və İSESKO-nun xoş məramlı səfiri, Millər vəkili Mehriban xanım Əliyevanın xüsusi qayğı göstərdiyi diqqətə çatdırmışdır.
Tədbirdə rayon Ağsaqqallar Şurasının sədri Arif Əliyev, rayon Uşaq Fondunun sədri Ofelya Hüseynova, Bərdə şəhər 3 saylı tam orta məktəbin direktoru Səfurə Hümbətova çıxış etmişlər.
Tədbir rayonun mədəniyyət işçiləri tərəfindən hazırlanmış konsert proqramı, ayrı-ayrı məktəb və məktəbəqədər təhsil müəssisələrinin uşaq kollektivlərinin səhnəcəkləri ilə davam etmişdir.
Tədbirdə 500 nəfər iştirak etmişdir.