Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə rayonununda Operativ qərərgahın növbəti iclası keçirilmişdir.

17 oktyabr 2020 | 16:00
Bərdə rayonunda (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə kompleks tədbirlər görülməsinin davam etdirilməsi üçün rayon İcra hakimiyyətində Operativ Qərərgahın iclası keçirilmişdir. İclasda Qərərgah üzvləri ilə yanaşı yeni yaradılmış müvəkkillər və təbliğat qruplarının rəhbərləri iştirak etmişdir. İclasda Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev İdarə, müəssisə, təşkilatlarda, xidmət obyektlərində, sərnişin nəqliyyatında ən çox təmasda olunan yerlərin, ictimai iaşə obyektlərində, Bankomatlar və “Milli ÖN” ödəmə vasitələrinin yerləşdiyi yerlərdə vaxtaşırı hər bir istifadədən sonra təmasda olan hissələrin antibakterial vasitələrlə dezinfeksiya edilməsi, sosial məsafənin gözlənilməsi, tibbi maskadan  və digər dezinfeksiya edici materiallardan istifadə qaydalarına ciddi  əməl olunması, rayon ərazisində monitorinqlərin  daha ciddi davam etdirilməsini tapşırılmışdır. Bunlarla birlikdə xəstələrin izolyasiyası məsələlərinin daima diqqətdə saxlanılmasına diqqət çəkilmiş, evdə müalicə olunan xəstələrin evlərini tərk etməmələri, onların digər şəxslərlə əlaqələrinin kəsilməsi  üçün lazımi tədbirlərin davam etdirilməsi qarşıya vəzifə kimi qoyulmuşdur.
Bu istiqamətdə təbliğat və təşviqat işlərinin gücləndirilməsi barədə aidiyyatı şəxslərə tapşırıqlar verilmişdir. .
Keçidlər