Şriftin ölçüsü :

Saytın rəngi :

Əliyanlı kəndinə təbii qaz verilişinin açılışı

05 iyun 2013 | 15:00

       

          04 iyun 2013-cü il tarixdə Əliyanlı kəndinə təbii qaz verilişinin açılışına həsr edilmiş tədbir keçirilmişdir.
         Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev, Milli Məclisin deputatı cənab Zahid Oruc, “Azəriqaz” İstehsalat Birliyinin Əsaslı tikinti şöbəsinin rəis müavini cənab Natiq Ələsgərov, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd sakinləri –cəmin 500 nəfər iştirak etmişlər.
         Tədbiri rayon İcra Hakimiyyəti başçısının birinci müavini cənab Vahid Qarayev aparmış, tədbirdə kənd ağsaqqalı Süleyman Sadıqov, Əliyanlı kənd tam orta məktəbin direktoru Gözəl Hüseynova, kənd sakini Eyvaz İsmayılov, “Azəriqaz” İB-nin Əsaslı tikinti şöbəsinin rəis müavini Natiq Ələsgərov, Milli Məclisin deputatı Zahid Oruc, rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev çıxış etmişlər.
Əliyanlı kəndinin qazlaşdırılması üçün 10,5 km-dən müxtəlif diametrli qaz xətləri çəkilmiş, hər bir  evə fərdi qaz sayğacı quraşdırılmışdır. Abonentlərin təhlükəsizliyini təmin etmək üçün bütün qaz xətləri möhkəmliyə və kipliyə görə yoxlanılmış, 257 ailəyə təbii qaz verilmişdir. 
         Rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev və “Azəriqaz” İB-nin Əsaslı tikinti şöbəsinin rəis müavini Natiq Ələsgərov kəndə təbii qaz verilişinin rəmzi əlaməti olan məşəli alovlandırmışlar.
         Rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev kəndə təbii qaz verilişi üçün tikinti işlərini aparan “Aran Yoldaşlıq” MMC-nin rəhbəri Elman Ağayevə köynək və MMC-nin 15 nəfər işçilərinə geyim dəsti hədiyyə etmişdir.
         Rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev kənd sakinləri ilə söhbət etmişdir.
         Rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev, Milli Məclisin deputatı cənab Zahid Oruc, “Azəriqaz” İstehsalat Birliyinin Əsaslı tikinti şöbəsinin rəis müavini cənab Natiq Ələsgərov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri kənd sakini Alıyev Elgiz İsbəndiyar oğlunun mənzilinə təbii qaz verilişində iştirak etmiş, ev sahibinin həyat və fəaliyyəti ilə tanış olmuşdur.

Keçidlər