15 iyun Milli Qurtuluş günü münasibəti ilə tədbir
13 iyun 2013-cü il tarixdə rayon İcra Hakimiyyəti başçısı aparatında 15 iyun Milli Qurtuluş günü münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev, başçının aparatının məsul işçiləri, YAP rayon təşkilatının fəalları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyətin və kütləvi informasiya vasitələrinin nümayəndələri –cəmi 265 nəfər iştirak etmişdir.
Tədbiri giriş nitqi ilə açan rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev 15 iyun tarixinin xalqımızın və müstəqil dövlətimizin tarixində oynadığı rolu xaraktterizə etmiş, tədbirdə ümummilli liderimiz Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə Dövlət himni səsləndirilmişdir.
Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, Yeni Azərbaycan Partiyasının Bərdə rayon təşkilatının sədri Fəqət xanım Şadlinskayaya Milli Qurtuluş Günü ilə əlaqədar məruzə ilə çıxış etmişdir.
Tədbirdə Bərdə rayon prokuroru Rəhim Əliyev, Bərdə şəhər 4 saylı körpələr evi – uşaq bağçasının müdiri Məleykə Qasımova və Zümürxan kənd tam orta məktəbinin müəllimi Əfsanə Nəcəfova çıxış etmişlər.
Böyük ruh yüksəkliyi ilə keçən tədbirdə çıxışlar dəfələrlə sürəkli alqışlanmış, ümummilli lider Heydər Əliyevin ideyaları, Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin ünvanına şüarlar səslənmişdir.