Şriftin ölçüsü :

Saytın rəngi :

Kətəlparaq kəndinə təbii qaz verilişinin açılışı

14 iyun 2013 | 15:00

 

13 iyun 2013-cü il tarixdə Kətəlparaq kəndinə təbii qaz verilişinin açılışı olmuşdur.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev, Millət vəkili Zahid Oruc, “Azəriqaz” İB-nin Əsaslı tikinti şöbəsinin rəis müavini Natiq Ələsgərov, ictimayətlə əlaqələr şöbəsinin müdiri Araz Ağayev, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, kənd sakinləri – cəmi 600 nəfər iştirak etmişdir.
Tədbiri rayon İcra Hakimiyyətinin başçısı Vahid Qarayev açaraq Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə respublikamızın bütün rayonlarında olduğu kimi Bərdə rayonunda da geniş tikinti-abadlıq işləri aparıldığı, infrastrukturun inkişaf etdirildiyini, sosial-iqtisadi problemlərin sürətlə həll edildiyini qeyd etmiş, “Azəriqaz” İstehsalat Birliyinin sifarişi əsasında “Aran Yoldaşlıq” MMC tərəfindən Kətəlaraq kəndinin qazlaşdırılması üçün  43,2 km-dən çox müxtəlif diametrli qaz xətləri çəkildiyini, 29 ədəd siyirtmə və 1 ədəd qaztənzimləyici,  hər bir  evə fərdi qaz sayğacı və fərdi qaztənzimləyici quraşdırıldığını, abonentlərin təhlükəsizliyini təmin etmək üçün bütün qaz xətlərinin möhkəmliyə və kipliyə görə yoxlanıldığını diqqətə çatdırmış, 725 ailəyə təbii qaz verildiyini bildirmişdir. 
Tədbirdə  kənd ağsaqqalı Rafiq Hüseynov, kənd sakinləri Mirzə Aslanov və Qəmər Məmmədova çıxış edərək göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının məhtərəm Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmiş, Bərdəlilərin ümummilli lider Heydər Əliyevin ideyalarına daima sadiq olduqlarını, bu gün Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşdiklərini ifadə etmişlər.
          Tədbirdə “Azəriqaz” İB-nin Əsaslı tikinti şöbəsinin rəis müavini Natiq Ələsgərov, Millət vəkili Zahid Oruc, rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev çıxış etmiş, sakinləri kəndə təbii qaz verilməsi ilə əlaqədar təbrik etmiş,
Tədbirin sonunda rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev
Millət vəkili Zahid Orucla birlikdə kəndə təbii qaz verilişinin rəmzi əlaməti olan məşəli alovlandırmışdır.
          Tədbirdən sonra rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev kənd sakinləri ilə səmimi söhbət etmişdir.
           Rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev tədbirdə iştirak edən Millət vəkili Zahid Oruc, “Azəriqaz” İB-nin Əsaslı tikinti şöbəsinin rəis müavini Natiq Ələsgərov, ictimayətlə əlaqələr şöbəsinin müdiri Araz Ağayev və rayonun rəhbər işçiləri ilə birlikdə kənd sakini Xaləddin Səlimovun mənzilinə təbi qaz verilişinin açılışını etmiş, ailə ilə söhbət etmişdir.

Keçidlər