Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə əhalisi COVID-19 pandemiyası əleyhinə peyvənd edilir.

23 fevral 2021 | 16:00

“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na əsasən  rayonda ilk mərhələdə səhiyyə işçiləri, 08 fevral 2021-ci il tarixdən isə 65 yaşdan yuxarı şəxslərin peyvəndləməsinə başlanıb.
05 fevral 2021-ci il tarixdən növbəliliyin təmin edilməsi məqsədilə elektron müraciətlər üçün xidmət növü (randevu.its.gov.az) fəaliyyətə başlayıb, bu istiqamətdə əhalinin maarifləndirilməsi məqsədilə rayon ərazisində təbliğat işləri aparılıb, idarə, müəssisə və təşkilatlara əhalinin vaksinasiya tədbirlərində fəal iştirak etməsi ilə əlaqədar metodiki xarakterli təlimatlar verilib. 22 fevral 2021-ci il tarixədək 2593 nəfər o cümlədən, 1079 nəfər 65 yaşdan yuxarı, 1123 nəfər 50-65 yaş arası və 391 nəfər 50 yaşadək sakinlər peyvənd edilmişdir.

Keçidlər