Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 98-cı ildönümü onun adını daşıyan məktəb –liseydə qeyd edildi.

28 aprel 2021 | 16:00
Aprelin 28-də Bərdədə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 98-cı ildönümü qeyd olunmuşdur.
Tədbir iştirakçıları əvvəlcə akademik Zərifə Əliyeva adını daşıyan məktəb liseyin həyətində ucaldılmış dünya şöhrətli oftalmoloq-alimin büstü önünə gül-çiçək dəstələri qoymuş, əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Anım mərasimində çıxışlarda qeyd edilib ki, Azərbaycanın tibb elmində və ictimai-siyasi həyatında önəmli yeri olan akademik Zərifə xanım Əliyeva təkcə elmi fəaliyyəti ilə deyil, ictimai-siyasi həyatdakı fəal mövqeyi, eləcə də qayğıkeş insan, layiqli həyat yoldaşı və əsl azərbaycanlı ana kimi də hörmətlə yad edilir.
Vurğulanıb ki, gözdə traxoma xəstəliyinin müalicəsinə, oftalmologiyanın müasir problemlərinə dair bir çox tədqiqatları ilə tanınan akademik 12 monoqrafiya, dərslik və dərs vəsaitlərinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir.
Qeyd olunub ki, Zərifə xanım Əliyeva görkəmli ictimai-siyasi xadim Əziz Əliyevin ailəsində dünyaya göz açıb və ulu öndər, ümummilli lider Heydər Əliyevin ömür-gün yoldaşı kimi həyatın çətin, keşməkeşli, həm də şərəfli yollarında onunla birgə addımlayıb, torpaqlarımızın mənfur düşmənlərdən təmizlib azad olunması qələbəsinin sevincini xalqımıza yaşadan  Azərbaycan dövlətinin lideri və Prezidenti İlham Əliyev kimi övlad böyüdüb. İnsanlara nur bəxş etmək missiyası, qayğıkeşliyi, nəcibliyi ilə könüllərdə özünə əbədi yer qazanan Zərifə xanım Əliyeva tibb sahəsində əldə etdiyi uğurlarla, fərdi keyfiyyətləri ilə ailəsinin və Vətəninin adını daim ucaldıb.
Sonda həmin məktəb-liseyin şagirdləri akademik Zətifə xanım Əliyevanın əziz xatirəsinə həsr edilmiş kompozisiya   nümayiş etdirmişlər.
Keçidlər