Bərdədə şəhid ailələri və qazilərlə görüşlər keçirilir.
İkinci Qarabağ müharibəsi başa çatandan bu günə qədər yerlərdə şəhid ailələri və qazilərlə görüşlər mütəmadi davam etdirilir.
Görüşlər zamanı belə ailələrin problemləri, təsərrüfat və məişət qayğıları öyrənilir, qaldırdıqları məsələlərin həlli istiqamətində müvafiq tədbirlər görülür, onlara əməli və hüquqi yardım göstərilir.
Rayon İcra Hakimiyyəti başçısının müavini, şöbə müdiri, Qarabağ Əlilləri Cəmiyyətinin sədrinin iştirak etdiyi növbəti belə görüş Bərdə rayonunun Mirzalıbəyli kəndində 25 yaşı tamam olan, ölümündən sonra “Vətən uğrunda” medalla təltif edilmiş şəhid Yusifov Elməddin Mahir oğlunun ailəsində olmuşdur.
Görüş zamanı şəhid Elməddin Yusibovun atası Mahir Yusibov, anası Nigar Abdullayeva oğulları Elməddinin hərbidəki xidmətlərindən və ömür yolundan söz açmışlar. Eyni zamanda möhtərəm Prezidentimiz cənab İlham Əliyev və ölkənin Birinci Vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə etmişlər.