Bərdə rayonunda qazi və şəhid ailələrinə qayğı davamlı şəkildə aparılır.
06 may 2021 | 16:00
.jpeg)
Qeyd edək ki, əsgər Əhmədov Cavanşir Elxan oğlu müddətli həqiqi hərbi xidmətdə idi və sentyabr ayının 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücuma başlanan Vətən müharibəsində Cəbrayıl Qubadlı Laçın rayonlarının azad edliməsində iştirak etmiş və Laçın rayonunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə əsgər Əhmədov Cavanşir Elxan oğlu ölümündən sonra “Cəbrayılın azad olunmasına görə” , “Qubadlının azad olunmasına görə” və “Laçının azad olunmasına görə ” , “Vətən uğrunda” və “Hərbi xidmətə görə” medalları ilə təltif edilmişdir.
Onun atası və əmisi 1-ci Qarabağ müharibəsinin iştirakçısı olmuşlar.
Şəhidimizin atası Elxan Əhmədov oğlunun hərbi xidmətindən və ömür yolundan söz açmış, eyni zamanda möhtərəm Prezidentimiz cənab İlham Əliyev və ölkənin Birinci Vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan məmnun olduqlarını ifadə etmişdir.
Həmçinin həmin gün şəhid Cavanşir Əhmədovun və kəndin digər şəhidi əsgər Rəhimli Elcan Ədalət oğlunun da qəbri ziyarət olunmuşdur.