Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidinin ad günü qeyd edildi.

08 may 2021 | 16:00
Bərdə rayon Qaradəmiçi kəndindən Vətən müharibəsi şəhidi çavuş Həzənov Azər Aydın oğlundan oğlanları 14 yaşlı  Aqil,  12 yaşlı  Aqşin və 7 yaşlı qızı Fatimə yadigar qalıbdır. Bu günlərdə onun 39-cu yaş günü idi.
Bu münasibətlə    rayon İcra Hakimiyyəti başçısının müavini, YAP rayon təşkilatının sədri Fəqət Şadlinskaya, rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir Səfərov, şöbənin böyük məsləhətçisi Ziya İsmayılzadə və Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin rayon şöbəsinin sədri Etibar Hüseynova  şəhid – çavuş  Həsənov Azər Aydın oğlunun ailəsini baş çəkmiş, ailənin çətinlikləri ilə maraqlanmış və bəzi problemlərinin həlli üçün köməkliklər göstərmişlər.
Qeyd edək ki, çavuş  Həsənov Azər Aydın oğlu 7 il idi ki,  Vətənə xidmət edirdi və sentyabr ayının 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücuma başlanan Vətən müharibəsində Talış-Suqovuşan  istiqamətində  gedən döyüşlərdə  şəhidlik zirvəsinə ucalmışdır. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə çavuş Həsənov Azər Aydın oğlu ölümündən sonra “Vətən uğrunda”  və   “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir.
Şəhidimizin atası Aydın Həsənov və qardaşı Azad Həsənov  Azərin hərbi xidmətindən və  ömür yolundan söz açmışlar, eyni zamanda möhtərəm Prezidentimiz cənab İlham Əliyev və ölkənin Birinci Vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan məmnun olduqlarını ifadə etmişdirlər. 
Həmçinin həmin gün  şəhid Həsənov Azər və kəndin digər şəhidi çavuş Həsənov Təbriz Rəşid oğlunun da qəbri ziyarət olunmuşdur.Kəndin şəhidlərinin adına inşa edilməkdə olan su bulağına baxılmışdır.
Keçidlər