Bərdə şəhərindən İkinci Dünya müharibəsi veteranı Məmmədov Mirzə Məhəmməd oğlu ilə görüş keçirilmişdir.
09 may 2021 | 16:00
Bərdə şəhərindən İkinci Dünya müharibəsi veteranı Məmmədov Mirzə Məhəmməd oğlunun ən böyük arzusu 30 il idi ki, düşmən işğalında olan torpaqlarımızın azad edilməsi və bir daha Qələbə sevincinin yaşamaq istəyi idi. Artıq o bu arzusuna çatmışdır.
İkinci Dünya müharibəsi illərində Azərbaycan xalqı həm cəbhə bölgələrində, həm də arxa cəbhədə böyük qəhrəmanlıq və igidlik nümunələri göstərib.
Bu gün Azərbaycanda da 9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur. Bu münasibətlə rayon İcra Hakimiyyəti başçısının müavini, YAP rayon təşkilatın Sədri Fəqət Şadlinskaya, rayon İcra Hakimiyyətinin Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin təşkili şöbəsinin müdiri Samir Səfərov, Səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin bərdə rayon şöbəsinin rəisinin müavini Elməddin Allahverdiyev və YAP rayon təşkilatının məsləhətçisi Elmir Məmmədov İkinci Dünya müharibəsinin veteranı - Məmmədov Mirzə Məhəmməd oğlunu ziyarət ediblər.
Qeyd edək ki Mirzə Məmmədov 1942-1945-ci illərdə İkinci Dünya müharibəsində Ukrayna, Çeçenistan, Macarıstan, Polşa və Almaniya da gedən döyüşlərdə iştirak etmişdir. O müxtəlif medal və ordenlərlər təltif edilmişdir.
Fəqət Şadlinskaya Mirzə Məmmədova göz aydınlığı verərək onun ən böyük arzusunun reallaşdığını və 2020-ci il ölkəmiz üçün Qələbə ili kimi tarixə düşdüyünü bildirmişdir. Demişdir ki, ölkə Prezidenti cənab İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti, xalqımızın birliyi və müzəffər Ordumuzun peşəkarlığı sayəsində 30 illik həsrətə son qoyuldu. Qəhrəman gənclərimizin Vətən uğrunda göstərdiyi fədakarlıqlar dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Onların hər biri orden və medallarla təltif olunmuş, ailələri dövlətin diqqət və qayğısı ilə əhatə olunmuşlar.
Veteran Mirzə Məmmədov hərbi xidmətindən və ömür yolundan söz açmış, eyni zamanda möhtərəm Prezidentimiz cənab İlham Əliyev və ölkənin Birinci Vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən dövlət səviyyəsində veteranlara göstərilən diqqət və qayğıdan məmnun olduqlarını ifadə etmişdir.