Bu gün Bərdə rayon Lək kəndindən Vətən müharibəsi şəhidi Abışov Asif Əlövsət oğlunun 28-ci yaş günüdür.
16 may 2021 | 16:00

Qeyd edək ki, çavuş Abışov Asif sentyabr ayının 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücuma başlanan Vətən müharibəsində Xocavənd rayonunun azad edliməsində iştirak etmiş və elə orada şəhidlik zirvəsinə ucalmışdır. Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə çavuş Abışov Asif Əlövsət oğlu ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Şəhidimizin atası Əlövsət Abışov, anası İsbət Hətəmova və qardaşı Arif Abışov - Asifin hərbidəki xidmətlərindən və ömür yolundan söz açmışlar. Eyni zamanda möhtərəm Prezidentimiz cənab İlham Əliyev və ölkənin Birinci Vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan məmnun olduqlarını ifadə etmişlər.