1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günüdür
1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günüdür. Bu gün münasibəti ilə Bərdə rayonunda məktəb, məktəbəqədər, məktəbdənkənar təhsil müəssisələrində və mədəniyyət ocaqlarında pandemiya qaydalarına əməl olunmaqla kiçik qruplar halında uşaqların Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etməsi ilə müxtəlif tədbirlər keçirilmişdir. Həmin gün rayon İcra Hakimiyyəti başçısının müavini, YAP rayon təşkilatının sədri Fəqət Şadlinskaya başda olmaqla bir qrup partiya fəalı- Səba Məmmədova, Cavid İbişov, Nurayə Məmmədova və Elmir Məmmədov Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə keçirilən "Şəhid ailələrinə qayğı" aksiyası çərçivəsində Vətən müharibəsinin hərbi və mülki şəhidlərinin ailələrində olmuş, onların yadigar qalan övladlarını bayram münasibəti ilə hədiyyələrlə təbrik etmişlər.
Fəqət Şadlinskaya bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə uşaqlara dövlət qayğısı daim proritet istiqamət olaraq həyata keçirilir. Bu gün ölkəmizdə şəhid və qazi ailələri, onların övladları dövlətin xüsusi diqqət və qayğısı ilə əhatə olunmuşlar. Uşaqlar bizim gələcəyimizdir və ölkəmizin gələcəyi onların əlindədir, onların müdafiəsinə hamılıqla qoşulmaq bizim borcumuzdur.
Görüş zamanı şəhidlər - Əsgərov Asəf İlqar oğlu, Quliyev Elçin Rövşən oğlu, İsgəndərov Yalçın Rizvan oğlunun ailələri möhtərəm Prezidentimiz cənab İlham Əliyev və ölkənin Birinci Vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan məmnun olduqlarını ifadə etmişlər. Pariya fəalları ailələrin problemləri ilə maraqlanmış və bəzi problemlərin həlli üçün köməkliklər göstərmişlər.