Şriftin ölçüsü :

Saytın rəngi :

“Hədiyyə Karvanı” Bərdədə olmuşdur.

04 iyun 2021 | 16:00

Türkiyə Uşaq Oyunları və İdman Klubları Federasiyasının təşəbbüsü ilə həyata keçirilən “Hədiyyə karvanı yollarda Azərbaycan” layihəsi çərçivəsində   Ankara şəhərindən start götürən  nümayəndələr Bərdə rayonunda olmuşlar. Türkiyə Uşaq Oyunları və İdman Klubları Federasiyasının vitse Prezidenti  Salim İsot, Bərdə rayon  İcra Hakimiyyətinin başçısının müavini Fəqət Şadlinskaya, Millət vəkili Fatma Yıldırımın köməkçisi Fuad Ağayev, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir Səfərov,  ”YAŞAT” Fondunun nümayəndəsi Tural Yedigarov,  Bərdə Regional  “ASAN Xidmət” Mərkəzinin direktoru Əşrəf  Əliyevin iştirakı ilə Bərdə “ASAN Xidmət” binasının qarşısında  şəhid və qazi ailələri ilə görüş keçirilmişdir. Görüş zamanı əsrlərə söykənən  Türkiyə Azərbaycan dostluq və qardaşlığından, 44 günlük müharibədə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun qazandığı Qələbənin əldə olunmasında Türkiyənin mənəvi dəstəyindən və bugün şəhid, qazi ailələrinə göstərilən diqqət və qayğıdan söhbət açılmışdır. Sonra şəhid və qazi ailələrinin       övladlarına hədiyyələr təqdim olunmuşdur. Uşaqların söylədikləri şerlər tədbirə rəng qatmışdır. Həmçinin qardaş Türkiyədən olan qonaqlarla birgə  şəhid və qazi ailələrinin evılərinə də baş çəkilmişdir.

Keçidlər