Bərdə əhalisinin COVID-19 pandemiyası əleyhinə vaksinasiya prosesi uğurla davam etdirilir.
Ölkəmizin bütün regionlarında olduğu kimi Bərdədə də Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması kampaniyası uğurla həyata keçirilir.
05 fevral 2021-ci il tarixdən növbəliliyin təmin edilməsi məqsədilə elektron müraciətlər üçün xidmət növü (randevu.its.gov.az) fəaliyyətə başlayıb, bu istiqamətdə əhalinin maarifləndirilməsi məqsədilə rayon ərazisində təbliğat işləri aparılıb, idarə, müəssisə və təşkilatlara əhalinin vaksinasiya tədbirlərində fəal iştirak etməsi ilə əlaqədar metodiki xarakterli təlimatlar verilib. 10 may 2021-ci il tarixədən başlanan 18 yaşdan yuxarı şəxslərin vaksinasiyasına uyğun olaraq bugünədək 1-ci doza vaksin olunanların sayı rayon üzrə 23394 nəfər olmuşdur. Hazırda da rayonumuzda proses uğurla davam etdirilir.