Şriftin ölçüsü :

Saytın rəngi :

Aztəminatlı ailələrin uşaqlarına pulsuz müayinə aksiyası

10 iyun 2021 | 16:00

09-10 iyun 2021 –ci il tarixlərində Bərdə rayonunda  H.Əliyev Fondunun vitse - Prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə ”Regional İnkişaf” İctimai Birliyi  tərəfindən aztəminatlı və digər kateqoriyadan olan ailələrin uşaqlarının xərçəng  xəstəlikıləri ilə bağlı pulsuz səyyar müayinə aksiyası keçirilmişdir. Milli Onkologiya Mərkəzinin Baş həkimi professor Azad Kərimov, Uşaq kimya terapiyasının şöbə müdiri Günel Ələsgərova, Uşaq onkologiyasının rəhbəri professor Reyman İsmayılzadə, Uşaq onkologiyası rezident–həkim Mövlan Şuayev tərəfindən Bərdə Regional Diaqnostika Mərkəzində reallaşan aksiyada 379 nəfər aztəminatlı, şəhid, qazi və məcburi köçkün ailələrin uşaqları pulsuz müayinə olunmuşlar.  Ailələr ölkə Prezidenti cənab İlham Əliyevə, tədbirin təşəbbüskarı Leyla xanım Əliyevaya və həkimlərə dərin minnətdarlıqlarını bildirmişlər.

Keçidlər