Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə keçirilən "Şəhid ailələrinə qayğı" aksiyası.
11 iyun 2021 | 16:00
.jpeg)
Qeyd edək ki, əsgər Nadirov Rəşad sentyabr ayının 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücuma başlanan Vətən müharibəsində Xocavənd və Füzuli rayonun istiqamətində gedən döyüşlərdə iştirak etmiş, sonuncuda şəhidlik zirvəsinə ucalmışdır. Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə əsgər Nadirov Rəşad Nadim oğlu ölümündən sonra “Xocavəndin azad olunmasına görə” və “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.
Şəhidin qardaşı Elşad Nadirov da onunla birlikdə eyni istiqamətdə döyüşdə olmuş və yaralanmışdır.
Fəqət Şadlinskaya bildirmişdir ki, 2020-ci il ölkəmiz üçün Qələbə ili kimi tarixə düşdü.Qələbəyə gedən yollar Milli Qurtuluş Günündən başlanır. Xalqımızın Ümummulli Lideri Heydər Əliyevin müdrik dövlətçilik siyasətini və nurlu ideyalarını uğurla davam etdirən möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti, xalqımızın birliyi və müzəffər Ordumuzun peşəkarlığı sayəsində, şəhidlərimizin qanı, qazilərimizin canı hesabına 30 illik həsrətə son qoyulmuşdur. Qəhrəman gənclərimizin Vətən uğrunda göstərdiyi fədakarlıqlar dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Onların hər biri orden və medallarla təltif olunmuş, ailələri dövlətin diqqət və qayğısı ilə əhatə olunmuşlar.
Şəhidimizin anası Pərvanə Nadirova Rəşadın hərbidəki xidmətindən və ömür yolundan danışmış, möhtərəm Prezidentimiz cənab İlham Əliyev və ölkənin Birinci Vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan məmnunluğunu ifadə etmişdir. Görüş zamanı məktəblilər xalqımızın Ümummilli lideri Heydər Əliyev haqqında, Vətən, şəhidlər haqqında şeirlər söyləmişlər.