15 Iyun Milli Qurtuluş günü münasibətilə şəhid ailəsi ilə görüş keçirilib.
12 iyun 2021 | 16:00
15 İyun – Milli Qurtuluş Günü münasibəti ilə rayon İcra Hakimiyyəti başçısının müavini, YAP rayon təşkilatının sədri Fəqət Şadlinskaya şəhər 7 saylı orta məktəbin müəllim və şagird kollektivi ilə birlikdə şəhid – çavuş Xıdırov Ərəstun Arif oğlunun ailəsi ilə görüşmüşlər. Görüşdən öncə milli dövlətçilik siyasətinin əsasını qoymuş, xalqımızın Ümummilli lideri Heydər Əliyevin abidəsi və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin məzarları ziyarət olunmuş, önünə tər gül dəstələri düzülmüşdür. Şəhid Xıdırov Ərəstun və Əsgərov Asəfin yaşadığı binanın qarşısına onların adına salınmış xatirə bulağının önünə gül dəstələri qoyulmuşdur.
Qeyd edək ki, əsgər Xıdırov Ərəstun sentyabr ayının 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücuma başlanan Vətən müharibəsində Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak etmiş və şəhidlik zirvəsinə ucalmışdır. Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə çavuş Xıdırov Ərəstun Arif oğlu ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.
Fəqət Şadlinskaya bildirmişdir ki, 2020-ci il ölkəmiz üçün Qələbə ili kimi tarixə düşdü.Qələbəyə gedən yollar Milli Qurtuluş Günündən başlanır. Xalqımızın Ümummullu Lideri Heydər Əliyevin müdrik dövlətçilik siyasətini və nurlu ideyalarını uğurla davam etdirən möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti, xalqımızın birliyi və müzəffər Ordumuzun peşəkarlığı sayəsində, şəhidlərimizin qanı, qazilərimizin canı hesabına 30 illik həsrətə son qoyulmuşdur. Qəhrəman gənclərimizin Vətən uğrunda göstərdiyi fədakarlıqlar dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Onların hər biri orden və medallarla təltif olunmuş, ailələri dövlətin diqqət və qayğısı ilə əhatə olunmuşlar.
Şəhidimizin atası Arif Xıdırov, anası Səidə Qarayeva və nənəsi Roza Xıdırova Ərəstunun hərbidəki xidmətindən və ömür yolundan danışmış, möhtərəm Prezidentimiz cənab İlham Əliyev və ölkənin Birinci Vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan məmnunluğunu ifadə etmişlər. Görüş zamanı məktəblilər xalqımızın Ümummilli lideri Heydər Əliyev haqqında, Vətən, şəhidlər haqqında şeirlər söyləmişlər