Bərdə rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilmişdir.
14 iyun 2021-cı il tarixdə rayonun 60 tam orta məktəbində “Son zəng” tədbirləri böyük təntənə ilə qeyd olunmuşdur. Bu il Bərdə rayonunda XI sinfi 1262 nəfər bitirir.
“Son zəng” tədbiri keçirilən rayonun bütün tam orta məktəblərdə rayon İcra Hakimiyyətinin məsul nümayəndələri iştirak etmişlər, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə təhsilə olan dövlət qayğısından, dövlət təhsil siyasətinin uğurlarından danışmış, məzunlara müstəqil həyatda uğurlar arzulamışlar. Tədbirdə çıxış edən müəllimlər və məzunlar onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.