Şriftin ölçüsü :

Saytın rəngi :

Bala Ərəblər kəndinə təbii qaz verilişinin açılışı

14 sentyabr 2013 | 15:00

 

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev, “Azəriqaz” İB-nin İctimai Əlaqələr şöbəsinin əməkdaşı Tahir Kazımov, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, kənd sakinləri – cəmi 350 nəfər iştirak etmişdir.
Tədbiri rayon İcra Hakimiyyətinin başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fəqət Şadlinskaya açaraq Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə respublikamızın bütün rayonlarında olduğu kimi Bərdə rayonunda da geniş tikinti-abadlıq işləri aparıldığı, infrastrukturun inkişaf etdirildiyini, sosial-iqtisadi problemlərin sürətlə həll edildiyini qeyd etmiş, “Azəriqaz” İstehsalat Birliyinin sifarişi əsasında “Ağ Naftalan” MMC tərəfindən Bala Ərəblər kəndinin qazlaşdırılmasına yanvar 2013-cü ildə başlandığını, kəndin qazlaşdırılması üçün  4,4 km-dən çox müxtəlif diametrli qaz xətləri çəkildiyini, 8 ədəd siyirtmə quraşdırıldığını,  hər bir  evə fərdi qaz sayğacı və fərdi qaztənzimləyici quraşdırıldığını, abonentlərin təhlükəsizliyini təmin etmək üçün bütün qaz xətlərinin möhkəmliyə və kipliyə görə yoxlanıldığını diqqətə çatdırmış, 57 ailəyə təbii qaz verildiyini bildirmişdir. 
         Tədbirdə  kənd ağsaqqalı Rəsul Əmirov, kənd sakinləri Cuma Allahverdiyev və Zakir Paşayev çıxış edərək kəndin qazlaşdırılmasına görə Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmiş, kənd sakinlərini təbrik etmişlər.
          Tədbirdə “Azəriqaz” İB-nin İctimai Əlaqələr şöbəsinin əməkdaşı Tahir Kazımov rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev çıxış etmiş, sakinləri kəndə təbii qaz verilməsi ilə əlaqədar təbrik etmişlər.
Tədbirin sonunda rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev,
“Azəriqaz” İB-nin İctimai Əlaqələr şöbəsinin əməkdaşı Tahir Kazımov birlikdə kəndə təbii qaz verilişinin rəmzi əlaməti olan məşəli alovlandırmışdır.
          Tədbirdən sonra rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev kənd sakinləri ilə səmimi söhbət etmişdir.
           Rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev tədbirdə iştirak edən “Azəriqaz” İB-nin İctimai Əlaqələr şöbəsinin əməkdaşı Tahir Kazımov və  rayonun rəhbər işçiləri ilə birlikdə kənd sakini Allahverdi Əliyevin evinə təbi qaz verilişinin açılışını etmiş, ailə ilə söhbət etmişdir. 

Keçidlər