Vətən müharibəsi şəhidi Baxşəliyev Nicat Ziyafət oğlunun 28-ci yaş günü
23 iyun 2021 | 16:00
Bu münasibətlə rayon İcra Hakimiyyəti başçısının müavini, YAP rayon təşkilatının sədri Fəqət Şadlinskaya partiya fəalları – Səfura Hümbətova, Nurayə Məmmədova, Mehparə Mustafayeva, Elmir Məmmədov və şəhər 3 və 7 saylı tam orta məktəbin şagirdləri şəhid əsgər Baxşəliyev Nicat Ziyafət oğlunun ailəsinə baş çəkmiş, məzarını ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzmüşlər.
Qeyd edək ki, çavuş Baxşəliyev Nicat Ziyafət oğlu sentyabr ayının 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücuma başlanan Vətən müharibəsində Suqovuşan istiqamətində döyüşlərdə iştirak etmiş və elə orada şəhidlik zirvəsinə ucalmışdır. Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə Baxşəliyev Nicat Ziyafət oğlu ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.
Fəqət Şadlinskaya bildirmişdir ki, 2020-ci il ölkəmiz üçün Qələbə ili kimi tarixə düşdü.Ölkə Prezidenti cənab İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti, xalqımızın birliyi və müzəffər Ordumuzun peşəkarlığı sayəsində torpaqlarımız mənfur düşmən işğalından azad edildi. Ölkəmizin ərazi bütövlüyü təmin edildi.Qəhrəman gənclərimizin Vətən uğrunda göstərdiyi fədakarlıqlar dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Onların hər biri orden və medallarla təltif olunmuş, ailələri dövlətin diqqət və qayğısı ilə əhatə olunmuşlar.
Şəhid Nicatın ailəsi onun hərbidəki xidmətlərindən və ömür yolundan söz açmışdır. Eyni zamanda möhtərəm Prezidentimiz cənab İlham Əliyev və ölkənin Birinci Vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan məmnun olduqlarını ifadə etmişdir. Görüş zamanı məktəblilər vətən və şəhidlər haqqında şeirlər söyləmişlər.