Bərdədə 26 İyun – Silahlı Qüvvələr Günü şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına orden və medallar təqdim olunub
26 iyun 2021 | 16:00
İyunun 26-da Bərdə Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinin birgə təşkilatçılığı ilə ölkə Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ərazilərimizin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirərək Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə yüksəlmiş bərdəli igidlərin ailələrinə və Vətən müharibəsi iştirakçılarına orden və medalların təqdimetmə mərasimi keçirilib.
Tədbirdə Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Millət vəkilləri Fatma Yıldırım və Zahid Oruc, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərin ailə üzvləri, qazilər, Qarabağ Müharibəsi veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər. Sonra Mərkəzi meydanda davam edən tədbirdə ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilib.
Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev tədbiri giriş sözü ilə açaraq Azərbaycan Ordusunun yaranmasında ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərindən, bu gün Ümummilli Liderimizin ordu quruculuğu siyasətinin möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, 44 günlük Vətən müharibəsində əldə olunan şanlı Qələbədən danışıb. Bildirib ki, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimiz heç zaman unudulmayacaq, onların əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır. V.İsayev Vətənə layiqli oğullar yetirdiklərinə görə şəhid ailələrinə, qazilərimizə öz minnətdarlığını bildirdi. Vətən müharibəsində şücaət və qəhrəmanlıq göstərərək işğal olunmuş torpaqlarımızın azad olunmasında fərqləndiklərinə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən təltif edilən hərbi qulluqçuları təbrik edərək şəhidlərimizə rəhmət dilədi, qazilərimizə isə tezliklə sağlamlıqlarına qovuşmalarını arzuladı. Şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıdan danışan rayon rəhbəri vurğuladı ki, ölkəmizdə şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı dövlət siyasətinin əsas istiqamətidir.
Millət vəkili Fatma Yıldırım çıxış edərək bildirdi ki, bu gün Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz gücünü Vətən müharibəsində bir daha ortaya qoydu. Müzəffər Ali Baş Komandan və Müzəffər Azərbaycan Ordusu tarixi qələbə ilə Azərbaycan tarixində yeni səhifə açdılar. 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Qələbə bizim milli qürur mənbəyimiz, çox şərəfli tariximizdir. Bu Zəfəri xalqımıza yaşadan müzəffər Ali Baş Komandan və rəşadətli Azərbaycan Ordusudur.
Tədbirdə çıxış edən Millət vəkili Zahid Oruc cənab Ali Baş komandanın rəhbərliyi, dəmir yumruğu altında birləşən rəşadətli Azərbaycan Ordusundan, bu Orduda xidmət eyləmiş Bərdə igidlərindən, həmçinin şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən dövlət qayğısından danışdı.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinin rəisi Elbrus Bağırov, Bərdə rayon İcra Hakimiyyəti Başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir Səfərov, şəhid anaları adından Hətəmova İsbət və başqaları çıxış edərək şəhidlərin göstərdiyi qəhrəmanlıqlardan, ordumuzun cəbhədəki uğurlarından danışıb. Qeyd ediblər ki, xalqımızın dəmir yumruq ətrafında sıx birləşməsi, Azərbaycan Ordusunun qüdrəti, gənclərimizin Vətən sevgisi, əsgərlərimizin döyüşlərdəki şücaəti, Silahlı Qüvvələrimizin gücü, xalq və ordu birliyi sayəsində işğal altındakı torpaqlarımız işğaldan azad edildi, tarixi ədalət bərpa olundu.
Sonra Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Sərəncamları ilə təltif olunmuş 61 nəfər şəhid ailələrinə, yaxınlarına və Vətən müharibəsi iştirakçılarına orden və medallar təqdim olundu.
Şəhid ailələri və Vətən müharibəsi iştirakçıları onlara göstərilən dövlət qayğısına görə ölkə Prezident, qalib Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Type the text here