Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə rayonunda şəhid ailələrinə daim qayğı göstərilir.

02 iyul 2021 | 16:00

Bərdə  rayon İcra Hakimiyyəti başçısının müavini, YAP rayon təşkilatının sədri Fəqət Şadlinskaya başda olmaqla partiya fəalları  Nurayə Məmmədova,  Elmir Məmmədov, Faiq Rüstəmov,  şəhər 7 saylı tam orta məktəbin direktoru Mehparə Mustafayeva  həmin məktəbin  müəllim və şagird kollektivi ilə birlikdə  rayonun Mollaisalar kəndindən şəhid – çavuş Hüseynov Emin Zakir oğlunun  ailəsinə baş çəkmişlər.
Qeyd edək ki, çavuş  Emin Hüseynov  sentyabr ayının 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücuma başlanan  Vətən müharibəsində Suqovuşanın azad edliməsində iştirak etmiş  və elə orada  şəhidlik zirvəsinə ucalmışdır. Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə çavuş Hüseynov Emin Zakir oğlu ölümündən sonra “Vətən uğrunda”  və “Suqovuşanın azad  olunmasına  görə”   medalları  ilə təltif edilmişdir.
Fəqət Şadlinskaya bildirmişdir ki ölkə Prezidenti cənab İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti, xalqımızın birliyi və müzəffər Ordumuzun peşəkarlığı sayəsində 30 illik həsrətə son qoyuldu. 2020-ci il ölkəmiz üçün Qələbə ili kimi tarixə düşdü. Qəhrəman gənclərimizin Vətən uğrunda göstərdiyi fədakarlıqlar dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Onların hər biri orden və medallarla təltif olunmuş, ailələri dövlətin diqqət və qayğısı ilə əhatə olunmuşlar. 
Şəhidimizin atası Zakir Hüseynov, anası Fəridə Hüseynova  –  Eminin  hərbidəki  xidmətlərindən  və ömür yolundan söz açmış, eyni zamanda möhtərəm Prezidentimiz cənab İlham Əliyev və ölkənin Birinci Vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan  məmnun olduqlarını ifadə etmişlər. Partiya fəalları ailənin çətinlikləri ilə maraqlanmış və bəzi  problemlərinin həlli üçün köməkliklər göstərmişlər.

Keçidlər