Bərdə rayonunda şəhid ailələri daim diqqətdə saxlanılır.
Bu gün 2 iyul 2021-ci il tarixdə Bərdə rayonu İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin tapşırığına əsasən Vətən müharibəsində şəhid olan Bərdə rayonu Qazıqurdalı kəndindən şəhid Ələkbərli Samir Şamil oğlunun və Mirzəxan kəndindən şəhid Mustafayev Əkbər Natiq oğlunun cənnətdəki ilk ad günləri münasibəti ilə şəhidlərin ailələri ziyarət olunmuş, qəbirüstü abidələrinə gül dəstələri qoyulmuşdur.
Həmçinin bu gün Əyricə kəndindən olan şəhid Quliyev Mehman Telman oğlunun qız övladı Damlanın bir yaşı tamam olması münasibəti ilə şəhidimizin ailəsi ziyarət olunmuş övladına hədiyyələr təqdim olunmuşdur. Tədbirdə iştirak edən Bərdə Rayon İcra Hakimiyyəti aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir Səfərov və şöbənin böyük məsləhətçisi Ziya İsmayılzadə, millət vəkili Fatma Yıldırımın köməkçisi Fuad Ağayev, Bərdə İdarəetmə və Texnologiya kollecinin direktoru Xosrov Musayev, Bərdə şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov, Gənclər və İdman İdarəsinin rəisi Hikmət Ələkbərov, İctimai birliklərin rayon şöbəsinin sədrləri Etibar Hüseynova, İsmayıl Rüstəmov, hərbi hissələrdən gələn mümayəndələr və başqaları iştirak etdilər.
Tədbirdə iştirak edənlər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən və qələbə ilə nəticələnən vətən müharibəsində qanları ilə tarix yazan Azərbaycan əsgərinin şücaətindən söz açaraq şəhidlərimizin qəhrəmanlıqlarını əks etdirən fikirlərini bildirdilər.
Uca Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.