Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə rayonunda "Şəhid ailələrinə qayğı" aksiyası müntəzəm davam etdirilir.

12 iyul 2021 | 16:00

Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə keçirilən "Şəhid ailələrinə qayğı"  aksiyası Bərdə rayonunda müntəzəm  davam etdirilir. Bu aksiya çərçivəsində  YAP Bərdə  rayon təşkilatının Gənclər Birliyi  və rayon Gənclərin İnkişaf və Karyera Mərkəzinin fəalları  – Elşən Məmmədov, Hikmət Ələkbərli, Şəmsiyyə Abbaszadə, Tamam Hüsüzadə və Elmir Məmmədov birlikdə rayonun Alpout kənindən  şəhid – əsgər Rəhimli Elcan Ədalət  oğlunun  ailəsinə baş çəkmişlər.
Qeyd edək ki, əsgər  Elcan Rəhimli sentyabr ayının 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücuma başlanan  Vətən müharibəsində Suqovuşanın azad edliməsində iştirak etmiş  və elə orada  şəhidlik zirvəsinə ucalmışdır. Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə əsgər Rəhimli Elcan Ədalət oğlu ölümündən sonra “Vətən uğrunda”  medalı  ilə təltif edilmişdir.
Partiya gəncləri  bildirmişlər ki, ölkə Prezidenti cənab İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti, xalqımızın birliyi və müzəffər Ordumuzun peşəkarlığı sayəsində 30 illik həsrətə son qoyuldu. 2020-ci il ölkəmiz üçün Qələbə ili kimi tarixə düşdü. Qəhrəman gənclərimizin Vətən uğrunda göstərdiyi fədakarlıqlar dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Onların hər biri orden və medallarla təltif olunmuş, ailələri dövlətin diqqət və qayğısı ilə əhatə olunmuşlar. 
Şəhidimizin atası Ədalət Rəhimov oğlu  Elcanın  hərbidəki  xidmətlərindən  və ömür yolundan söz açmış, eyni zamanda möhtərəm Prezidentimiz cənab İlham Əliyev və ölkənin Birinci Vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan  məmnun olduqlarını ifadə etmişdir. Partiya gəncləri ailənin çətinlikləri ilə maraqlanmış və bəzi  problemlərinin həlli üçün köməkliklər göstərmişlər.

Keçidlər