Şriftin ölçüsü :

Saytın rəngi :

Nəcəfqulubəyli kəndinə təbii qaz verilişinin açılışı

14 sentyabr 2013 | 15:00

 

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev, “Azəriqaz” İB-nin İctimai Əlaqələr şöbəsinin əməkdaşı Tahir Kazımov, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, kənd sakinləri – cəmi 450 nəfər iştirak etmişdir.
Tədbiri rayon İcra Hakimiyyətinin başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fəqət Şadlinskaya açaraq Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə respublikamızın bütün rayonlarında olduğu kimi Bərdə rayonunda da geniş tikinti-abadlıq işləri aparıldığı, infrastrukturun inkişaf etdirildiyini, sosial-iqtisadi problemlərin sürətlə həll edildiyini, cari ilin ötən dövrü ərzində müxtəlif diametrlı 192,9 km qaz kəmərləri çəkilərək 10 kənd qazlaşdırıldığını, Sərkarlar kəndi istiqamətdə 12 km, Məmmədli kəndi istiqamətində 5 km, Lənbəran kəndi istiqamətində 22 km uzunluqda müxtəlif diametrli daşıyıcı qaz kəmərləri çəkildiyini, 3335 abonentə təbii qaz verildiyini, hazırda Qaradəmirçi kəndində Qazpaylayıcı Stansiya tikildiyini, Kələntərli, Alaçadırlı və Əyricə kəndlərində daxili qazlaşma işləri aparıldığını diqqətə çatdırmış, “Azəriqaz” İstehsalat Birliyinin sifarişi əsasında “Ağ Naftalan” MMC tərəfindən Nəcəfqulubəyli kəndinin qazlaşdırılmasına iyun 2013-cü ildə başlandığını, kəndin qazlaşdırılması üçün 7,5 km-dən çox müxtəlif diametrli qaz xətləri çəkildiyini, 20 ədəd siyirtmə quraşdırıldığını,  hər bir  evə fərdi qaz sayğacı və fərdi qaztənzimləyici quraşdırıldığını, abonentlərin təhlükəsizliyini təmin etmək üçün bütün qaz xətlərinin möhkəmliyə və kipliyə görə yoxlanıldığını diqqətə çatdırmış, 125 ailəyə təbii qaz verildiyini bildirmişdir. 
         Tədbirdə  kənd ağsaqqalı Fəzair Əfrayılov, kənd sakinləri Vidadi İsayev və Novruz Əliyev çıxış edərək kəndin qazlaşdırılmasına görə Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmiş, kənd sakinlərini təbrik etmişlər.
          Tədbirdə “Azəriqaz” İB-nin İctimai Əlaqələr şöbəsinin əməkdaşı Tahir Kazımov, rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev çıxış etmiş, sakinləri kəndə təbii qaz verilməsi ilə əlaqədar təbrik etmişlər.
Tədbirin sonunda rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev,
“Azəriqaz” İB-nin İctimai Əlaqələr şöbəsinin əməkdaşı Tahir Kazımov birlikdə kəndə təbii qaz verilişinin rəmzi əlaməti olan məşəli alovlandırmışdır.
          Tədbirdən sonra rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev kənd sakinləri ilə səmimi söhbət etmişdir.
           Rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev tədbirdə iştirak edən “Azəriqaz” İB-nin İctimai Əlaqələr şöbəsinin əməkdaşı Tahir Kazımov və  rayonun rəhbər işçiləri ilə birlikdə kənd sakini Isayev Vidadi Rəhbər oğlunun evinə təbi qaz verilişinin açılışını etmiş, ailə ilə söhbət etmişdir.

Keçidlər