Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə rayonunda qanvermə aksiyası keçirilib

28 iyul 2021 | 16:00

            Mərkəzi Qan Bankının əməkdaşları tərəfindən Bərdə  Regional Diaqnostika Mərkəzində Bərdə rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  qanvermə aksiyası keçirilmişdir. Aksiyada  Bərdə Rayon İcra Hakimiyyətinin, YAP Bərdə Rayon Təşkilatının fəalları,  rayon Polis şöbəsinin, Bərdə Dövlət İdarəetmə Kollecinin, rayon Gənclər və İdman İdarəsinin, təhsil, səhiyyə, digər idarə müəssisə və təşkilatların kollektivləri, gənclər könüllü olaraq fəal iştirak etmişlər. Aksiyada 95 nəfər qan vermişdir.

Keçidlər