Bərdədə “COVID-19” pandemiyası ilə əlaqədar məhdudiyyətlərlə bağlı Aşura gününün mövcud qaydalara uyğun keçirilməsi üçün rayon Qərargahının növbəti iclası keçirilmişdir
Qərargahın iclasında “COVID-19” pandemiyası ilə əlaqədar əhali içərisində maarifləndirmə işinin aparılması, məhdudiyyətlərlə bağlı Aşura gününün mövcud qaydalara uyğun keçirilməsinin təmin edilməsi, din xadimlərinin və dindarların dini ayinləri icra etməsi, asayişin qorunması və digər məsələlərlə əlaqədar görüləcək işlər müzakirə olunmuş, müvafiq qərarlar qəbul edilmişdir.
“COVID-19” pandemiyası ilə əlaqədar `məhdudiyyətlərin gözlənilməsi ilə Aşura günü din xadimlərinin və dindarların dini ayinləri mövcud qaydalara uyğun keçirilməsinin təmin edilməsi üçün sosial məsafənin saxlanılmasının labüdlüyü qeyd edilmiş, fərdi mühafizə vasitələrindən istifadənin təmin edilməsi, ərazilərin dezinfeksiya olunması üçün müvafiq tədbirlər müəyyənləşdirilmişdir.
Qərargah rayon Mərkəzi xəstəxanasında Qanvermə aksiyasının keçirilməsinin, din xadimlərinin, dindarların və digər şəxslərin könüllülük əsasında qanvermə aksiyasına təşviq edilməsinin vacibliyini qeyd etmişdir.