Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Əsman İsmayılov adına Mirzalıbəyli kənd tam orta məktəbinin açılışı

17 sentyabr 2013 | 15:00

 

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev, Milli Məclisin deputatı Gövhər xanım Baxşəliyeva, rayon rəhbərliyi, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, məktəbinn pedaqoji kollektivi, şagirdlər, kənd sakinləri – cəmi 500 nəfər iştirak etmişdir.
Tədbiri giriş nitqi ilə açan rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq 220 şagird yerlik Mirzalıbəyli kənd tam orta məktəbinin tikintisinə iyun 2012-ci ildə “Çağbağ” MMC tərəfindən başlandığını qeyd etmiş, məktəbin hər şəraiti olan - 11 sinif otağından, kimya və fizika laboratoriyalarından, idman və akt zallarından, kitabxana və oxu zalından, kompyuter otağından, iş otaqlarından ibarət olduğunu, məktəbin müasir əyani vəsaitlərlə, inventar və avadanlıqlarla təchiz edildiyini, məktəb üçün ayrıca elektrik sistemi qurulduğunu, istilik sistemi yaradıldığını, 2012-2013-cü tədris ilində məktəbin 4 nəfər məzununun ali məktəblərin tələbəsi adını qazandığını, yeni məktəbdə təhsil üçün ən yüksək standartlara cavab verən şərait yaradılğını bildirmiş, məktəbin pedaqoji kollektivini, şagirdləri, valideynləri yeni tədris ili və yeni məktəb münasibəti ilə təbrik etdi, yeni dərs ilində böyük müvəffəqiyyətlər arzuladı.
Tədbirdə məktəb şagirdinin valideyni Solmaz Abdullayeva, məktəb direktoru Nizami Quliyev, məktəbin VIII sinif şagirdi Pünhanə Fətəliyeva, Millət vəkili Gövhər Baxşəliyeva çıxış etdilər, məktəbin pedaqoji kollektivini, şagirdlər, valideynləri yeni tədris ili və yeni məktəblə əlaqədar təbrik etdilər, göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə minnətdarlıqlarını bildirdilər.
Tədbirin sonunda yeni tikilmiş məktəbin açılış rəmzi olan qırmızı lent kəsilmiş, rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev, Millət vəkili Gövhər xanım Baxşəliyeva və rayon rəhbərləri məktəblə tanış oldu, 1-ci sinifdə təhsil alan şagirdlərlə və məktəbin müəllimləri ilə görüşdülər, onları yeni dərs ili münasibəti ilə təbrik etdilər, təhsil və tərbiyyədə yeni uğurlar arzuladılar. 
Tədbirin sonunda rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev kənd sakinləri ilə görüşüb söhbət etdi.

Keçidlər