Şriftin ölçüsü :

Saytın rəngi :

“Nizami ili” Bərdədə geniş qeyd edilir

02 sentyabr 2021 | 16:00


Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən bu il ölkəmizdə “Nizami Gəncəvi İli” kimi qeyd edilir. Bu münasibətlə YAP Bərdə rayon təşkilatı rayon İcra Hakimiyyəti və UGIM ilə birlikdə məktəblilər arasında şeir, mahnı, videoçarx və rəsm nominasiyaları üzrə onlayn  müsabiqə keçirilmişdir. YAP Bərdə rayon təşkilatında həmin müsabiqə qaliblərinin mükafatlandırılma mərasimi olmuşdur. Tədbirdə çıxış edən  rayon İcra Hakimiyyəti başçısının müavini, YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin  bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyət olduğundan  danışmış, Ulu öndər Heydər Əliyev və onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin xalqımızın öz tarixi keçmişindəki dahi şəxsiyyətlərə verdiyi yüksək qiymətdən, dəyərdən və gələcək nəsillərə bu milli-mənəvi dəyərlərin aşılanmasından söz açmışdır. UGİM-in direktoru Aynurə Eyyubova çıxış edərək bu cür tədbirlərin il ərzində davam edəcəyini bildirmişdir. Təqdimat zamanı qaliblər dahi Nizaminin əsərlərindən müəyyən parçalar söyləmişlər. Sonda qaliblər diplom və  hədiyyələrlə mükafatlandırılmış və onlarla birlikdə xatirə şəkli çəkildirilmişdir.

Keçidlər