Şriftin ölçüsü :

Saytın rəngi :

Yap Bərdə rayon təşkilatının XI hesabat konfransı keçirilib.

05 sentyabr 2021 | 16:00

Sentyabrın 3-də Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının videoformatda XI hesabat konfransı keçirilib.

Əvvəlcə müstəqil Azərbaycan dövlətinin memarı, Yeni Azərbaycan Partiyasının yaradıcısı, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransın gündəliyi təsdiqləndikdən sonra YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskayanın hesabat məruzəsi dinlənilib. Bildirib ki, bu gün YAP Azərbaycan cəmiyyətinin həm siyasi, həm iqtisadi, həm sosial, həm də mədəni həyatında uğurlu layihələrlə, həmçinin, ölkəmizin ictimai-siyasi həyatında həlledici rol oynayır. Qələbələr partiyası olan YAP zəngin və şərəfli inkişaf yoluna malikdir.

F.Şadlinskaya qeyd edib ki, YAP Bərdə rayon təşkilatının 148 ərazi ilk partiya təşkilatının sıralarında 11256 nəfər partiya üzvü var. Onlardan 4846 nəfəri qadınlar, 3586 nəfəri gənclərdir. Ötən konfransdan keçən müddət ərzində təşkilat sıralarına 675 nəfər qəbul olunub ki, onların 385 nəfərini qadınlar, 429 nəfərini isə gənclər təşkil edir.

Sonra YAP Bərdə rayon təşkilatının Nəzarət-Təftiş Qrupunun sədri Əsgər Əsayev hesabat məruzəsi ilə çıxış edib. 

Müzakirələr zamanı çıxış edən Qarabağ Dirşəliş Fondu Müşahidə Şurasının üzvü, Milli Məclisin deputatı Fatma Yıldırım, Sosial Tədqiqatlar Mərkəzinin direktoru, Milli Məclisin deputatı Zahid Oruc, Bərdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vahid Qarayev, YAP Bərdə rayon təşkilatı Gənclər Birliyini sədri Elşən Məmmədov, rayon təşkilatının Şura üzvü Tofiqə Məmmədova hesabat dövründə görülən işlərdən bəhs ediblər.

Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev bildirib ki, Yeni Azərbaycan Partiyasının xalq, dövlət qarşısındakı böyük xidmətləri bu nəhəng təşkilatın cəmiyyətdəki mövqelərini get-gedə daha da möhkəmləndirir, insanların bu partiyanın ideoloji-siyasi xəttinə dəstəyini gücləndirir. 29 il şərəfli yol keçən, bütün çətinliklərdən uğurla çıxan Yeni Azərbaycan Partiyasını qarşıdakı illərdə daha möhtəşəm nailiyyətlər gözləyir. Yeni Azərbaycan Partiyasının güc mənbəyi yaradıcısı olduğu ulu öndər Heydər Əliyevin zəngin irsi və son 18 ildə bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin təkmil islahatları, gələcəyə daha böyük inamla addımlamağa əsas verən inkişaf strategiyamızdır.

Dünyaya səs salan, harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını qürurlandıran Zəfərimizin yaratdığı reallıqların gerçəkləşməsində Yeni Azərbaycan Partiyasının rolundan bəhs edən Ə.Tağıyev YAP Bərdə rayon təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıb.

Konfransda YAP Bərdə rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.

Keçidlər