Bərdə rayonunda şəhidin doğum günü qeyd olunmuşdur.
Bu gün Bərdə rayon Piyadalar kəndindən Vətən müharibəsi şəhidi əsgər Cəfərli Asim Çingiz oğlunun 20-ci yaş günü idi.
Bu münasibətlə rayon İcra Hakimiyyəti başçısının tapşırığı ilə başçının müavini, YAP rayon təşkilatının sədri Fəqət Şadlinskaya, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir Səfərov, böyük məsləhətçi Ziya İsmayılzadə, şəhər 7 saylı tam orta məktəbin direktoru Mehparə Mustafayeva, SHXCDX-nin rayon şöbəsinin əməkdaşı Novruz Novruzlu, YAP rayon təşkilatının əməkdaşları Səba Məmmədova və Elmir Məmmədov birlikdə şəhid əsgər Cəfərli Asim Çingiz oğlunun ailəsinə baş çəkmişdir.
Qeyd edək ki, əsgər Cəfərli Asim Çingiz oğlu sentyabr ayının 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücuma başlanan Vətən müharibəsində Fizuli rayonunda gedən döyüşlərdə iştirak etmiş və elə orada şəhidlik zirvəsinə ucalmışdır. Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə əsgər Cəfərli Asim Çingiz oğlu ölümündən sonra “Vətən uğrunda” və “Fizulinin azad edilməsinə görə" medalları ilə təltif edilmişdir.
Şəhid ailəsi ilə görüş zamanı Fəqət Şadlinskaya bildirmişdir ki, 2020-ci il ölkəmiz üçün Qələbə ili kimi tarixə düşdü.Ölkə Prezidenti cənab İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti, xalqımızın birliyi və müzəffər Ordumuzun peşəkarlığı sayəsində torpaqlarımız mənfur düşmən işğalından azad edildi. Ölkəmizin ərazi bütövlüyü təmin edildi.Qəhrəman gənclərimizin Vətən uğrunda göstərdiyi fədakarlıqlar dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Onların hər biri orden və medallarla təltif olunmuş, ailələri dövlətin diqqət və qayğısı ilə əhatə olunmuşlar.
Görüş zamanı Şəhidin atası Cəfərov Çingiz və anası Cəfərova Aynurə oğulları Asimin hərbidəki xidmətlərindən və ömür yolundan söz açmışlar. Eyni zamanda möhtərəm Prezidentimiz cənab İlham Əliyev və ölkənin Birinci Vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan məmnun olduqlarını ifadə etmişlər.