Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Heydər Xəliloğlu adına Qullar kənd əsas məktəbinin açılışı

17 sentyabr 2013 | 15:00

 

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev, Milli Məclisin deputatı Gövhər xanım Baxşəliyeva, rayon rəhbərliyi, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, məktəbinn pedaqoji kollektivi, şagirdlər, kənd sakinləri – cəmi 350 nəfər iştirak etmişdir.
Tədbiri giriş nitqi ilə açan rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq 180 şagird yerlik Qullar kənd əsas məktəbinin tikintisinə yanvar 2013-cü ildə “Çağbağ” MMC tərəfindən başlandığını qeyd etdi, məktəbin hər şəraiti olan - 7 sinif otağından, kimya və fizika laboratoriyalarından, idman və akt zallarından, kitabxana və oxu zalından, komyuter otağından, iş otaqlarından ibarət olduğunu, məktəbin müasir əyanii vəsaitlərlə, inventar və avadanlıqlarla təchiz edildiyini, məktəb üçün ayrıca elektrik sistemi qurulduğunu, istilik sistemi yaradıldığını, yeni məktəbdə təhsil üçün ən yüksək standartlara cavab verən şərait yaradılğını bildirdi, məktəbin pedaqoji kollektivini, şagirdləri, valideynləri yeni tədris ili və yeni məktəb münasibəti ilə təbrik etdi, yeni dərs ilində böyük müvəffəqiyyətlər arzuladı.
Tədbirdə məktəb şagirdinin valideyni Elşən Qurbanov, Millət vəkili Gövhər xanım Baxşəliyeva çıxış etdi, məktəbin pedaqoji kollektivini, şagirdlər və valideynləri yeni tədris ili və yeni məktəblə əlaqədar təbrik etdilər, göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə minnətdarlıqlarını bildirdilər.
Tədbirin sonunda rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev, Millət vəkili Gövhər xanım Baxşəliyeva və rayon rəhbərləri məktəblə tanış oldular, 1-ci sinifdə təhsil alan şagirdlərlə və məktəbin müəllimləri ilə görüşdülər, onları yeni dərs ili və yeni məktəb münasibəti ilə təbrik etdilər, təhsil və tərbiyyədə yeni uğurlar arzuladılar. 
Tədbirin sonunda rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev kənd sakinləri ilə görüşüb söhbət etdi.

Keçidlər