Bərdə rayonunda Vətən müharibəsi şəhidləri, çavuş Zeynalov Turqut Fikrət oğlu, əsgər Məhərrəmov Əli Kamil oğlu və çavuş Əlizadə Nofəl Qənbər oğlunun anım günləri qeyd olunub.
Bu münasibətlə Bərdə rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının, SHXÇDX və QMƏVŞAİB rayon şöbələrinin nümayəndələri bu şəhid ailələrini ziyarət etmişlər.
Qeyd edək ki, çavuş Zeynalov Turqut Fikrət oğlu sentyabr ayının 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücuma başlanan Vətən müharibəsində Suqovuşan azad edilməsində iştirak etmiş və elə orada şəhidlik zirvəsinə ucalmışdır. Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə çavuş Zeynalov Turqut Fikrət oğlu ölümündən sonra “Vətən uğrunda” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Əsgər Məhərrəmov Əli Kamil oğlu Vətən müharibəsində Fizuli istiqamətində gedən döyüşlərdə iştirak etmiş və elə orada şəhidlik zirvəsinə ucalmışdır. Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə əsgər Məhərrəmov Əli Kamil oğlu ölümündən sonra “Vətən uğrunda” və “Fizulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Çavuş Əlizadə Nofəl Qənbər oğlu Vətən müharibəsində Suqovuşanın azad edilməsində iştirak etmiş və elə orada şəhidlik zirvəsinə ucalmışdır. Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə çavuş Əlizadə Nofəl Qənbər oğlu ölümündən sonra “Vətən uğrunda” və “ Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Şəhid ailələri ilə görüş zamanı 2020-ci il ölkəmiz üçün Qələbə ili kimi tarixə düşməsi, ölkə Prezidenti cənab İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti, xalqımızın birliyi və müzəffər Ordumuzun peşəkarlığı sayəsində torpaqlarımız mənfur düşmən işğalından azad edilməsi, ölkəmizin ərazi bütövlüyü təmin edilməsi, qəhrəman gənclərimizin Vətən uğrunda göstərdiyi fədakarlıqlar dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyi vurğulanmışdır.
Şəhid ataları, anaları və digər ailə üzvüləri möhtərəm Prezidentimiz cənab İlham Əliyev və ölkənin Birinci Vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan məmnun olduqlarını ifadə etmişlər.