Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə rayonunda şəhidlərimizin il dönümü qeyd olunmuşdur

04 oktyabr 2021 | 16:00

Bərdə rayonu Mustafaağalı kəndindən olan şəhid Calalzadə Calal Qaryağdı oğlunun, Bərdə rayonu Əyricə kəndindən olan şəhid  Paşayev Ramil Şakir oğlunun, Bərdə rayonu Mirzalıbəyli kəndindən olan şəhid Tağızadə Cahid Vahid oğlunun, Bərdə rayonu Kələntərli kəndindən olan şəhid Şükürov Sərvan Sərxan oğlunun il dönümü münasibəti ilə şəhidlərimizin ailələri ziyarət olunmuş, məzarları üzərinə tər gül dəstələri qoyularaq yad edilmişdir.

Tədbirdə Bərdə rayon İcra Hakimiyyəti başçısının aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Ziya İsmayılzadə, Azərbaycan QMƏVŞA ictimai birliyinin sədri Etibar Hüseynova, Milli Məclisin İnsan Hüquqları üzrə Komitəsinin eksperti Faiq Əlişov, Millət vəkili Zahid Orucun köməkçisi Ceyhun Fərəcov iştirak etmişlər. Tədbir iştirakçıları Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun əsgər və zabitlərinin şücaətindən, qanları ilə tarix yazan qəhrəmanlıqlarından söz açmışlar.

Şəhidlərimizin ailələri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını bildirmişlər.

Uca Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.

Keçidlər