Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə 18 oktyabr- Müstəqilliyin Bərpası günü ilə əlaqədar Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə həsr edilmiş turnir keçirilmişdir.

19 oktyabr 2021 | 16:00

18 oktyabr – Müstəqilliyin Bərpası günündə YAP Bərdə rayon təşkilatı Qarabağ müharibəsi qazilərinin iştirakı ilə ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsinə həsr olunan şahmat turniri keçirmişdir.
Əvvəlcə YAP rayon təşkilatının rəhbərliyi və fəalları turnir iştirakçıları ilə birgə Ulu öndər Heydər Əliyevin abidəsini və daha sonra şəhidlər xiyabanını ziyarət edərək, tər gül dəstələri düzmüş, onları dərin ehtiramla yad etmişlər.
Turniri giriş söz ilə açan rayon İcra Hakimiyyəti başçısının müavini, YAP rayon təşkilatının sədri Fəqət Şadlinskaya çıxış edərək ölkəmizin müstəqillik tarixindən, dövlətçilik ənənələrindən söz açmış, bu turnirin Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə həsr olunduğunu bildirmiş, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli milli Ordunun qəhrəmanlığından, xalq iqtidar birliyindən, şəhidlərin öz qanları ilə yeni tarix yazdığından danışmış, həmçinin dövlətə sədaqət, vətənə məhəbbət, YAP-a sevginin parta arxasından başladığını xüsusi vurğulamışdır.
Turnirin açılışında rayon UGİM-in şagirdləri şəhidlər və qələbə haqqında şeirlər söyləmişlər.
Turnir 4 yaş qrupu üzrə rayon UGİŞM-in şagirdləri arasında keçirilmişdir. Turnir qalibləri diplom və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.
Turnirin yekununda müəllim və məktəblilər ölkə Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarlıq etmiş, onun Dəmir yumruğu ətrafında daha sıx birləşəcəklərini bildirmiş, şəhidlərə rəhmət, qazilərə can sağlığı arzulamışlar.
Sonda qaliblərlə xatirə şəkli çəkdirilmişdir.

Keçidlər