Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə rayonunda Şəhid ailələrinə ziyarətlər davam etdirilir.

30 oktyabr 2021 | 16:00

27-28 oktyabr  2020-ci il tarixdə Ermənistanın Bərdə rayonuna atdığı raket bombaları nəticəsində şəhid olmuş mülki şəxlərin şəhadətinin bir ili tamam olmuşdur.
Bu münasibətlə Bərdə rayon İcra Hakimiyyəti başçısının müavini,  YAP Bərdə  rayon təşkilatının sədri Fəqət Şadlinskaya, YAP Bərdə  rayon təşkilatının   fəalları ilə birlikdə  mülki şəhidlər – İsmayıllı Vasif Vaqif oğlu, İsgəndərova Aysu Rövşən qızı, Cəfərova Ofelya Məcid qızı, İsmayılov Ehtiram Xəlil oğlu, Əliyeva Almaz Salah qızı  və YAP Bərdə  rayon təşkilatının üzvü olmuş  Əhmədova Aybəniz Əşrəf qızının ailələrini ziyarət etmişlər.
Qeyd edək ki, 2020-ci il sentyabrın 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücumla başlayan 44 günlük  Vətən müharibəsi Ali Baş Komandan cənab İlham Əliyevin uzaq görən və qətiyyətli rəhbərliyi, xalqımızın birliyi və müzəffər ordumuzun peşəkarlığı sayəsində ölkəmizin 30 ildir ki, Ermənistanın işğalında olan torpaqları azad edildi.  Öz tarixi torpaqlarımızı işğaldan azad edərək cəbhədə qazandığımız qələbələri həzm edə bilməyən mənfur düşmən Bərdəyə  atdığı bombalar nəticəsində  28  nəfər dinc mülki vətəndaş şəhid oldu və 108 nəfər isə yaralandı. Onlarla ev, obyekt, maşın yanıb kül oldu. Ancaq bərdəlilər  sınmadı, daha möhkəm əzmkarlıq göstərərək müzəffər Ali Baş Komandanın ətrafında daha sıx birləşdilər.
Anım mərasimlərində şəhid ailələri ilə görüş zamanı Fəqət Şadlinskaya  bildirmişdir ki, Vətən müharibəsi ölkəmizin Zəfər tarixinə qızıl hərflərlə yazıldı. Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz bu tarixi Qələbəni qazandı. Bununla da  ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Şəhid ailələri və qazilər dövlətin diqqət və qayğısı ilə əhatə olunmuşlar.
Şəhidlərin  ailə üzvləri  möhtərəm Prezidentimiz cənab İlham Əliyev və ölkənin Birinci Vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan məmnun olduqlarını ifadə etmişlər.

Keçidlər