Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə "Tarix yazan qəhramanlar!" adlı tədbir keçirilmişdir.

05 noyabr 2021 | 16:00

Vətən müharibəsində Qələbənin birinci idönümü və Zəfər bayramı münasibətilə  Bərdə rayonu Təhsil şöbəsində "Tarix yazan qəhramanlar!" adlı tədbir keçirilmişdir.

Tədbirdə Vətən müharibəsi qaziləri və iştirakçıları, şəhid ailələri, rayon İcra Hakimiyyətinin nümayəndələri, rayon Təhsil şöbəsinin rəhbərliyi və əməkdaşları,  müəllim və şagird kollektivi iştirak etmişlər. Öncə torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir Səfərov, baş məsləhətçi Ziya İsmayılzadə, Təhsil şöbəsinin müdiri Ədalət İsmayılov, Təhsil işçiləri həmkarları Komitəsinin sədri Tamella İbadova çıxış etmişlər. Çıxış edənlər  müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin vahid komandanlığı altında rəşadətli Milli Ordumuzun şücaətindən, xalq-iqtidar-ordu birliyindən danışmışlar. Sonda vətən müharibəsində iştirak edən qazilər fəxri fərmanla təltif edilmiş və onlara hədiyə təqdim olunmuşdur.

Keçidlər