Şriftin ölçüsü :

Saytın rəngi :

Alaçadırlı kəndinin yeni yaşayış məhəlləsinə təbii qaz verilişinin açılışı

04 oktyabr 2013 | 15:00

 

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev, “Azəriqaz” İB-nin İctimai Əlaqələr şöbəsinin əməkdaşı cənab Tahir Kazımov, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd sakinləri – cəmi 600 nəfər iştirak etmişdir.
Tədbiri giriş nitqi ilə açan rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq cari ilin ötən dövrü ərzində müxtəlif diametrlı 204,8 km qaz kəmərləri çəkilərək 14 kənd qazlaşdırıldığını, Sərkarlar kəndi istiqamətdə 12 km, Məmmədli kəndi istiqamətində 5 km, Lənbəran kəndi istiqamətində 22 km uzunluqda müxtəlif diametrli daşıyıcı qaz kəmərləri çəkilmişdir.
Alaçadırlı kəndinin yeni yaşayış məhəlləsinin qazlaşdırılması üçün 22,1 km-dən çox müxtəlif diametrli qaz xətləri çəkilmiş, 12 ədəd siyirtmə quraşdırılmış, hər bir  evə fərdi qaz sayğacı quraşdırılmışdır. Abonentlərin təhlükəsizliyini təmin etmək üçün bütün qaz xətləri möhkəmliyə və kipliyə görə yoxlanılmışdır. 476 evə təbii qaz verilmişdir. 2013-cü ilin ötən dövrü 4000 mənzilə təbii qaz verilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev sakinləri təbii qaz verilişi ilə əlaqədar tədrik etdi, təbii qazdan xeyir işlərdə istifadə etmələrini arzuladı.
Tədbirdə Laçın rayonundan məcburi köçkün İsgəndər İsgəndərov, Ağdam rayonundan məcburi köçkün Əmralıyev Xasay Bahadur, Kəlbəcər rayonundan məcburi köçkün İlyasova Sultan Mirbəylər qızı çıxış edərək göstərilən qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər, sakinləri ələmətdar hadisə münasibəti ilə təbrik etdilər.
           Tədbirdə “Azəriqaz” İB-nin İctimai Əlaqələr şöbəsinin əməkdaşı Tahir Kazımov çıxış edərək sakinləri kəndə təbii qaz verilməsi ilə əlaqədar təbrik etmiş, təbii qazdan təhlükəsizlik qaydalarına əməl etməklə ehtiyatla istifadə etmələrini tövsiyyə etdi.
            Tədbirin sonunda rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev, “Azəriqaz” İB-nin İctimai Əlaqələr şöbəsinin əməkdaşı Tahir Kazımov birlikdə kəndə təbii qaz verilişinin rəmzi əlaməti olan məşəli alovlandırdılar.
          Tədbirdən sonra rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev sakinlər ilə səmimi söhbət etdı.
           Rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev tədbirdə iştirak edən “Azəriqaz” İB-nin İctimai Əlaqələr şöbəsinin əməkdaşı Tahir Kazımov və  rayonun rəhbər işçiləri ilə birlikdə Kəlbəcər rayonunun Xallanlı kəndindən məcburi köçkün Arif Məmmədcəfərovun evinə təbi qaz verilişinin açılışını etmiş, ailə ilə söhbət etmişdir.

Keçidlər