Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə rayon Heydər Əliyev Mərkəzində Dirçəliş Gününə həsr olunmuş tədbir keçirilmişdir/

17 noyabr 2021 | 16:00

Bərdə rayon Heydər Əliyev Mərkəzində Mərkəz əməkdaşları, Bərdə şəhər 4 nömrəli Kitabxananın və Bərdə Rəsm Qalareyasının iştirakı ilə 17 noyabr Dirçəliş Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Arifət Əhmədova 1988-cil ildə başlamış Meydan hərəkatı haqqında müfəssəl məlumat verdi. Azərbaycan xalqının Qarabağ üçün, torpaqlarımızın bütövlüyü üçün canları bahasına göstərdiyi şücaətdən danışdı. Daha sonra şəhər 4 Nömrəli kitabxananın direktoru Sədaqət Qarayeva çıxış edərək bildirdi ki, Dirçəliş Gününün bu gün də qeyd olunması gənc nəslə şanlı tariximizi unutdurmamaq üçün əhəmiyyət kəsb edir. Sonra Mərkəzin elmi işçisi Türkan Şadlinskaya çıxış etdi. T.Şadlinskaya bildirdi ki, 17 noyabr Dirçəliş gününün xüsusi önəmi ondadır ki, həmin hadisələr Azərbaycan xalqının milli oyanış, milli şüur hissinin oyanma tarixi kimi yaddaşlara həkk olundu.

Keçidlər