Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə rayon Heydər Əliyev Mərkəzində Kəlbəcər rayonunun işğaldan azad olunmasının birinci ildönümü münasibətilə dəyirmi masa təşkil edilmişdir.

25 noyabr 2021 | 16:00

Bu gün Bərdə rayon Heydər Əliyev Mərkəzində Kəlbəcər rayonunun işğaldan azad olunmasının birinci ildönümü münasibətilə Bərdə Tarix- Diyarşünaslıq Muzeyi ilə birgə dəyirmi masa təşkil edilmişdir.Tədbirdə həmçinin Bərdə Dövlət Rəsm Qalereyasının əməkdaşları iştirak etmişdir.Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Arifət Əhmədovanın təşəbbüsü ilə 44 günlük Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.Arifət Əhmədova çıxışında bildirdi ki, Kəlbəcər rayonunun işğaldan azad olunduğu günü Azərbaycan xalqı uzun illər ərzində səbirsizliklə gözləyirdi. Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladığı üçtərəfli bəyanat Kəlbəcərin geri qaytarılmasını təmin etdi. Azərbaycan Vətən müharibəsinin 44 günü ərzində  4 rayonu, Şuşa  və Dağlıq Qarabağdakı digər torpaqlarımızın mühüm hissəsini hərbi yolla işğaldan azad etdi. Noyabrın 20-də Azərbaycan Ağdamı, Noyabrın 25-də isə Kəlbəcər rayonunu siyasi yolla nəzarəti altına keçirdi. Kəlbəcər də Müzəffər Ali Baş Komandanın İkinci Qarabağ müharibəsində yürütdüyü hərbi-siyasi yolun davamı olaraq bir güllə atılmadan azad edildi və düşmən rayondan çıxmağa məcbur edildi. Bu, Azərbaycanın döyüş meydanında olduğu kimi diplomatik danışıqlarda da qalib olmasının göstəricisidir. Kəlbəcərin qaytarılması Azərbaycanın möhtəşəm tarixi Qələbəsinin daha bir təsdiqidir. Daha sonra digər tədbir iştirakçıları çıxış etmişdir.

Keçidlər