Şriftin ölçüsü :

Saytın rəngi :

"Milli-mənəvi, ailə dəyərlərinin təbliği, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi" mövzusunda tədbir keçirilmişdir.

30 noyabr 2021 | 16:00

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin , Bərdə Rayon İcra Hakimiyyətinin və Bərdə rayon Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliyi ilə birgə 26 noyabr 2021-ci il tarixdə saat 11:00-da Bərdə rayonu Zərifə Əliyeva adına Liseydə gənclər və yeniyetmələr üçün tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Bərdə rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar şöbəsinin baş məsləhətçisi Asif Abbasov bu mövzuda maarifləndirmə tədbirlərinin əhəmiyyətini vurğulamışdır.

Daha sonra çıxış edən Komitənin Ailə problemləri şöbəsinin məsləhətçisi Nərgiz Sədrəddinbəyli iştirakçıları salamlayaraq, tədbirin təşkili üçün Bərdə Rayon İcra Hakimiyyətinə və Bərdə rayon Gənclərin İnkişaf və Karyera Mərkəzinə təşəkkürünü bildirərək, dövlət ailə siyasətinin əsas istiqamətləri, dövlət tərəfindən ailələrə göstərilən qayğı, ailə dəyərlərimizin, milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasının vacibliyi barədə tədbir iştirakçılarına geniş məlumat verərək, "Ailə, ailə dəyərləri və ənənələr" adlı təqdimat ilə çıxış etmişdir.

Daha sonra neyro elm uzmanı, psixoterapevt Aydan Xasməmmədzadə öz çıxışında ailədaxili münasibətlərdə ailə üzvlərinin rolundan, uşaqların tərbiyəsində valideyn, müəllim və məktəb psixoloqların birgə rolundan, ailədaxili problemlərin həllində müsbət psixoloji iqlimin rolundan bəhs etmişdir.

Tədbirin sonunda çıxış edən  Gənclərin İnkişaf və Karyera Mərkəzinin Bərdə nümayəndəliyinin rəhbəri Şəmsiyyə Abbaszadə bir daha Komitəyə və tədbir iştirakçılarına təşəkkürünü bildirərək, bu cür maarifləndirmə tədbirlərinin mütəmadi olaraq keçirilməsini arzu etmişdir.

Keçidlər