Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə rayon Heydər Əliyev Mərkəzində Bərdə Dövlət Rəsm Qalereyasının iştirakı ilə birgə etnik azlıqların mədəni irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi ilə bağlı dəyirmi masa təşkil olunmuşdur.

21 dekabr 2021 | 16:00

Bərdə rayon Heydər Əliyev Mərkəzində Bərdə Dövlət Rəsm Qalereyasının iştirakı ilə birgə etnik azlıqların mədəni irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi ilə bağlı dəyirmi masa təşkil olunmuşdur.
Tədbiri çıxış sözü ilə açan Mərkəzin direktoru Arifət Əhmədova bildirdi ki, tarixin bütün dövrlərində özünün rəngarəng tərkibli olması ilə fərqlənən Azərbaycanda bu müxtəlifliyin etnik-milli mənbələri mövcuddur.
Azərbaycanda yaşayan onlarla etnik-dini birliklərin qarşılıqlı münasibəti və mədəniyyəti-folklor, dialekt, adət, məişət tərzi, inam sistemi və s. müxtəlifliyin vəhdətini müəyyənləşdirmişdir.
Azərbaycan dövləti təminat verir ki, ölkə ərazisində yaşayan milli azlıqlar qanunla nəzərdə tutulan hər cür təşkilat yarada bilərlər. Belə təşkilatların hüquqi vəziyyətini Konstitusiya və ya qanunlar tənzimləyir.
Sonra Bərdə rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi Türkan Şadlinskaya çıxış etdi. O qeyd etdi ki, milli mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikası vətəndaşlarının keçmişinə aid olan tikililər "tarix və mədəniyyət abidələri" kimi siyahıya alınaraq dövlət tərəfindən qorunur və bərpa olunur.
Hazırda, milli azlıqları təmsil edən mədəni mərkəzlər və birliklərlə bağlı mühüm işlər görülür. Bərdə Dövlət Rəsm Qalereyasının direktor vəzifəsini müvəqqəti icraçısı Səidə Yusibova bildirdi ki, milli mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikası vətəndaşlarının keçmişinə aid olan tikililər "tarix və mədəniyyət abidələri" kimi siyahıya alınaraq dövlət tərəfindən qorunur və bərpa olunur.
Qalereyanın əməkdaşı Lətifə Məmmədova qeyd etdi ki, xüsusi etnik birliklər daha çox dini zəmində yaranır. Müxtəlifliyin vəhdəti etnik, milli və ya konfessional fərqlərin aradan qaldırılması demək deyil.
Sonda Mərkəzin mühəndisi Lamiyə Nəcəfova çıxışında bildirdi ki , bu gün Azərbaycan dünyada azlıq və ya çoxluğun fərqinin hiss edilmədiyi ölkələr sırasında ilk yerlərdən birində qərarlaşmışdır.

Keçidlər