Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Bərdə rayon təşkilatı elmi-praktik konfrans keçirmişdir.

27 dekabr 2021 | 16:00

YAP Bərdə rayon təşkilatı “İlham Əliyev –davamlı inkişaf modelinin müəllifi” adlı elmi-praktik konfransı keçirmişdir. Konfransda YAP Bərdə rayon təşkilatının fəalları, şəhid ailələri, qazilər və ictimai birliklərin rəhbərləri iştirak etmişdir.
Konfransın açılış zamanı xalqımızı ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra şəhər 3 saylı tam orta məktəbin şagirdləri kompozisiya ilə konfrans iştirakçılarını salamlamışlar.
Konfransda YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya geniş və əhatəli məruzəsində bildirmişdir ki,  müstəqil Azərbaycan dövlətinin son 18 ilində möhtərəm Prezidentimiz, Partiyamızın Sədri, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmiz güclənmiş, qüdrətlənmişdir. Xalqın düzgün seçdiyi lider cənab ilham Əliyevin müdrik siyasəti, doğru strategiyası və yorulmaz fəaliyyəti xalq – iqtidar birliyinin  qırılmaz polad gücü ilə birləşib dövlətimizi addım-addım, pillə-pillə yalnız möhtəşəm uğurlara, zəfərlərə çatdırmış, dünya arenasında ölkəmizin nüfuzunu, siyasi çəkisini yüksəltmiş, Azərbaycanın beynəlxalq mövqeinin daha da möhkəmlənməsini təmin etmişdir. Bu yolda ölkəmizin Birinci Vitse Prezidenti, Partiyamızın Sədrinin birinci müavini, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanın Əliyevanın fəal təşəbbüsləri ilə reallaşdırılan layihələr Azərbaycan dövlətinin milli gücünün artmasında, müstəqilliyimizin möhkəmləndirilməsində və davamlı uğurlar qazanılmasında böyük rola malikdir.
Bu gün Azərbaycanın davamlı inkişaf modelinin özülündə, təməlində bir günəş tək yol göstərən, bələdçilik edən Heydər Əliyev ideyaları, bu ideyalara sadiq, xalqına və dövlətimizə  dərin sevgisi ilə İlham Əliyev qətiyyəti, dəmir iradəsi, gücü və qüvvəsi durur.
Konfransda digər çıxış edənlər "Azərbaycan Bayrağı” ordenli şəhid Xudayar Yusifzadənin anası Radə Qurbanova,  “Mədəniyyət Işçiləri” ərazi ilk partiya təşkilatın sədri Validə Nabatova, gənc partiya fəalı Fidan Nəsirli və Vətən müharibəsi iştirakçısı, “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunmuş  metodist Vüsal Quliyev bildirdilər ki, ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətini ürəkdən bəyənir, bundan sonra da onun ətrafında sıx birləşəcəklər.

Keçidlər