2 fevral - Azərbaycan Gəncləri Günüdür.
Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyi , Bərdə rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 2 fevral – Azərbaycan Gəncləri gününün təsis edilməsinin 25 illiyinə həsr olunmuş “Gənclik və yeni baxışlar” mövzusunda Forum keçirilmişdir.
İlk öncə tədbir iştirakçıları Ulu Öndərimiz Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq onun əziz xatirəsini ehtiramla yad etmişlər.
Tədbiri giriş sözü ilə açan Bərdə Rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev tədbir iştirakçılarını 2 fevral – Azərbaycan Gəncləri gününün təsis edilməsinin 25 illiyi münasibətilə səmimi qəlbdən təbrik etdi. Qeyd etdi ki,əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Dövlət gənclər siyasəti bugün də müzəffər Ali Baş komandanımız tərəfindən uğurla həyata keçirilir. Məhz bu siyasətin nəticəsidir ki, bugün dövlətçiliyə bağlı, milli mənəvi dəyərlərinə sadiq, intellektual gənclik formalaşmışdır.
Bərdə rayon Gənclər və İdman İdarəsinin rəisi Hikmət Ələkbərli çıxış edərək tədbir iştirakçılarını 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə təbrik etdi, Bərdə rayon Gənclər və İdman İdarəsinin 2021-ci il ərzində, gənclər və idman sahəsində gördüyü işlərdən və gənc nəslin vətənpərvər ruhda böyüməsi ücün görüləcək işlərdən söz açdı .
“Dövlət Gənclər Siyasəti“ndən irəli gələn vəzifələrin həyata keçirilməsində öz peşə vəzifələri və könüllülük fəaliyyətində göstərdikləri fəallığa görə, bir qrup gənclər Bərdə Rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev tərəfindən Fəxri Fərman və xatirə hədiyyələri ilə mükafatlandırıldı.
Bərdə rayon Gənclər və İdman İdarəsi tərəfindən həyata keçirilən tədbirlərin fəal iştirakçısı Fidan Həsənova vətənpərvərlik mövzusunda şeirləri ilə gənclərimizi təbrik etdi.
Sonda xatirə şəkilləri çəkildi.