Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Daşkənd kəndində Bərdə Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul – görüşü olmuşdur.

11 mart 2022 | 16:00


           Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış  edərək  Azərbaycan Respublikasının müzəffər Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu tərəfindən vətənimizin işğal altında olan torpaqlarının azad edilməsindən, vətən müharibəsində şəhid olmuş, yaralanmış şəxslərə, müharibə iştirakçılarına göstərilən diqqət və qayğıdan, işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti-abadlıq işlərindən, əhalinin sosial müdafiəsi sahəsində həyata keçirilən tədbirlərdən danışdı, son illər rayonun sosial-iqtisadi inkişafı, aparılan tikinti-abadlıq işləri barədə məlumat verdi. Qeyd etdi ki, 2021-ci ildə Bərdə Peşə liseyi, Bərdə şəhər 3 saylı və Qaradəmirçi kənd tam orta məktəbləri tikilib istifadəyə verilib, şəhər 2 saylı və Xanərəb kənd tam orta məktəbləri tikilir, rayonun fasiləsiz olaraq elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatı üçün tədbirlər davam etdirilib.
Son illər Yeni Daşkənd kəndində də geniş tikinti-abadlıq işləri görülmüş, kəndin ərazisindən keçən 25 km uzunluqda Yeni Daşkənd –Umudalılar kəndlərarası yol yenidən qurulmuş, kəndin 2 km baş yolu asfaltlaşdırılmış, 7 km pay torpaqlarına gedən yol qum-çınqılla tikilmiş, Mədəniyyət evi, uşaq bağçası cari təmir edilmiş, əkinləri suvarmaq üçün 4 ədəd subartezian quyusu qazılmış, 8,6 km su xətti çəkilərək 400 fərdi yaşayış evinə içməli su verilmiş, kəndin girişində fontan kompleksi tikilmiş və ətrafı abadlaşdırılmış, yaxınlıqda mərmərdən bulaq tikilmiş, giriş qapısı tikilmiş, ətrafda yanacaqdoldurma məntəqəsi, market inşa edilmiş, bankomat quraşdırılmış,  avtobus dayanacağı qurulmuş, qidalandırıcı elektrik yarmstansiyası əsaslı təmir edilmiş, yeni Şəhid memorial kompleksi tikilmiş,  kənddə istilikxana (2,1 hektar) və Yem Emalı Məntəqəsi tikilmiş, təzə məhlələrdə 28 evə içməli su çəkilmiş, 9 Qarabağ müharibəsi şəhidi və əlili ailəsinə fərdi yaşayış evi tikilmiş, kəndin elektrik şəbəkəsi Şatırlı inzibati ərazi dairəsini qidalandıran şəbəkədən ayrılaraq mövcud çətinlik aradan qaldırılmışdır.
   2021-ci ildə kəndin ərazisində 50 hektar sahədə pambıq əkilmiş, orta hesabla hər hektardan 30 sentner olmaqla 150 ton pambıq, 360 kq barama istehsal edilmiş, ərazidə 200 ədəd çəkil tingi əkilmişdir.
Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Kənd sakinləri Aqif Əliyev kənd tam orta məktəbin qəzalı vəziyyətdə olan korpusunun əsaslı təmiri,  Səyyaf İsmayılov , “Kəndin üstü” adlanan ərazidə pay torpaqlarının suvarılması üçün 1 ədəd subartezian quyusu qazılması, Sənubər Cəmilova həyətyanı torpaq sahəsinin sənədlərinin verilməsi, Aqşin Hacızadə internetin sürətinin az olması, Əliyar Əliyev evinin yanında olan elektrik dirəyinin yerinin dəyişdirilməsi, ərazidə içməli su üçün 1 ədəd subartezian quyusunun qazılması, Sona Məmmədova kənd həkim məntəqəsinin təmiri, Şahvələd Piriyev evinə gələn elektrik kabelinin bərpa olunması, Elman İsmayılov həyətyanı torpaq sahəsi verilməsi, Zəmanə Surxayeva körpələr evi-uşaq bağçasının həyətində abadlıq işləri aparılması barədə müraciət etmişlər.
Qaldırılan məsələlər barədə aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmiş, vətəndaşlara müvafiq izahat verilmiş, hüquqi yardım göstərilmişdir.
Kənd sakinləri kənddə aparılan tikinti-abadlıq işlərinə, həyata keçirilən layihələrə, pambıqçığıın və baramaçılığın inkişafına göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını bildirmişlər.

Keçidlər