Şriftin ölçüsü :

Saytın rəngi :

Türkmən kəndində Bərdə Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul – görüşü olmuşdur

18 mart 2022 | 16:00

Qəbulda rayon icra hakimiyyətinin,  hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
           Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış  edərək  Azərbaycan Respublikasının müzəffər Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu tərəfindən vətənimizin işğal altında olan torpaqlarının azad edilməsindən, vətən müharibəsində şəhid olmuş, yaralanmış şəxslərə, müharibə iştirakçılarına göstərilən diqqət və qayğıdan, işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti-abadlıq işlərindən, əhalinin sosial müdafiəsi sahəsində həyata keçirilən tədbirlərdən danışdı, son illər rayonun sosial-iqtisadi inkişafı, aparılan tikinti-abadlıq işləri barədə məlumat verdi. Qeyd etdi ki, 2021-ci ildə Bərdə Peşə liseyi, Bərdə şəhər 3 saylı və Qaradəmirçi kənd tam orta məktəbləri tikilib istifadəyə verilib, şəhər 2 saylı və Xanərəb kənd tam orta məktəbləri tikilir, rayonun fasiləsiz olaraq elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatı üçün tədbirlər davam etdirilib.
Son illər Türkmən kəndində də geniş tikinti-abadlıq işləri görülmüş, inzibati ərazi dairəsinin əhatə etdiyi Mirzəxan Qaraqoyunlu, Köbərkənd, Kafarlı, Hacıbəyli, Türkmən, Cumalar kəndləri qazlaşdırılıb, bütün kəndlərin daxili yolları qum-çınqılla əsaslı təmir edilib,  Həsənli və Cumalar kəndlərinin elektrik şəbəkəsi kabelləşdirilib, Türkmən kəndinin 1 km baş yolu asfaltlaşdırılıb, 260 şagird yerlik müasir məktəb tikilib, Türkmən kəndinin Ağcabədi yoluna çıxan 4 km yol qum-çınqılla təmir edilib, optik kabel çəkilərək kəndlərə sürətli internet verilib, Hacıbəyli kəndində Hacıbəyli və Kafarlı kəndlərini ekoloji cəhətdən təmiz içməli su ilə təmin edən sutəmizləyici qurğu quraşdırılb, Hacıbəyli kəndinin küçələrində 9, Kafarlı kəndinin küçələrində 7 bulaq tikilib, Həsənli kənd tibb məntəqəsi əsaslı təmir edilib, ərazidə pambıqçılığın və baramaçılığın inkişaf etdirilməsi üçün tədbirlər görülmüşdür.
2021-ci ildə inzibati ərazi dairəsinin əhatə etdiyi kəndlərdə 140  hektar sahədə pambıq əkilmiş, hər hektardan orta hesabla 30 sentner olmaqla 4200 ton pambıq, 
30 qutu barama bəslənərək hər qutudan 38 kq olmaqla cəmi 1140 kq barama istehsal edilmiş, ərazidə 1500 ədəd çəkil tingi əkilmişdir.

Sonra vətəndaşların müraciətləri dinlənilmişdir.
Kənd sakinləri Vəfayə Məmmədova həyətyanı torpaq sahəsinə gələn su arxının məcrasının işlənməsi, Pakizə Məmmədova gəlininin kənd körpələr evi-uşaq bağçasında işlə təmin edilməsi, Zöhrə İsgəndərova içməli su ilə təminatda olan problemlər, Saleh Qasımov kəndin bağ yolunun asfaltlaşdırılmamış qalmış hissəsinin asfalt-betonla tikilməsi, Sədaət Əliyeva terror nəticəsində yaralanmış oğlunun başından qəlpənin çıxarılması, istifadə etdiyi təbii qaza olan 300 manat borcun ödənilməsinə köməklik göstərilməsi barədə müraciət etmişdir. 
Qaldırılan məsələlər barədə aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmiş, vətəndaşlara müvafiq izahat verilmiş, hüquqi yardım göstərilmişdir.
Kənd sakinləri kənddə aparılan tikinti-abadlıq işlərinə, həyata keçirilən layihələrə, pambıqçılığın və baramaçılığın inkişafına göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını bildirmişlər.

Keçidlər