Şriftin ölçüsü :

Saytın rəngi :

8 iyun 2023-cü il tarixdə Bərdə Rayon İcra Hakimiyyətinin və Bərdə Peşə Liseyinin birgə təşkilatçılığı ilə “İnsan hüquqları aylığı” çərçivəsində Bərdə Peşə Liseyinin akt zalında “Ümummilli lider Heydər Əliyev Azərbaycanda insan hüquqları konsepsiyasının banisidir” adlı tədbir təşkil edilib.

09 iyun 2023 | 09:57
Tədbirdə Bərdə Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçiləri Zöhrab Zöhrabbəyov və Günel Cəfərova, rayon Polis şöbəsinin rəisinin şəxsi heyət üzrə köməkçisi polis polkovnik- leytenantı Nəbi Məmmədov, Bərdə regional "ASAN xidmət" Mərkəzinin Hüquq şöbəsinin baş məsləhətçisi Bəhruz Abdullayev, Bərdə Peşə Liseyinin direktor əvəzi Samir Nəcəfov, Liseyin müəllim və tələbə kollektivi iştirak etmişlər.
Samir Nəcəfov tədbiri giriş nitqi ilə açmışdır. Daha sonra Günel Cəfərova, Nəbi Məmmədov və Bəhruz Abdullayev çıxış edərək dövlətimizin vətəndaş hüquqlarının qorunması sahəsində apardığı siyasət və göstərdiyi qayğının ictimaiyyətə və gənc nəslə çatdırılmasını vurğulayaraq, vətəndaşlarda hüquq düşüncəsinin formalaşdırılmasından bəhs etmişlər.
Qeyd edək ki, ölkədə hər il 18 may-18 iyun tarixlərində “İnsan hüquqları aylığı” keçirilir.
Keçidlər