Şriftin ölçüsü :

Saytın rəngi :

8 Noyabr - Zəfər Günü ilə əlaqədar olaraq Bərdə rayon Qaradəmirçi kənd tam orta məktəbdə tədbir keçirilmişdir.

07 noyabr 2023 | 10:29
Tədbirdə Bərdə Rayon İcra Hakimiyyətinin Qaradəmirçi kənd İƏD üzrə nümayəndəliyinin əməkdaşları, rayon təhsil sektorunun nümayəndələri, şəhid ailələri, məktəblilər və pedoqoji kollektiv iştirak etmişlər.
Öncə torpaqlarımızın ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş sonra Azərbaycan Respublikası Dövlət Himni səsləndirilmişdir.
Çıxış edənlər bildirmişlər ki, 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər dövlətçilik tariximizin ən şanlı səhifələrindən biridir. Tarix boyu torpaq itkilərinə məruz qalmışıq, əzəli torpaqlarımızda Ermənistan adlandırılan dövlət qurulub. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin liderliyi ilə Vətən müharibəsində bu mənfi tendensiyaya son qoyuldu. Son 200 ilin ən böyük qələbəsini qazandıq. Zəfər Günü Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin, gücünün və qüdrətinin rəmzidir. Bu Qələbə hər bir azərbaycanlı üçün sonsuz qürur mənbəyidir və tariximizdə əbədi qalacaq.
Tədbir məktəblilərin vətənpərvərlik mövzusunda hazırladıqları kompozisiyalarla davam etmişdir.
Keçidlər