Şriftin ölçüsü :

Saytın rəngi :

8 Noyabr – Zəfər Günü münasibətilə Bərdə rayonunun Mərkəzi meydanında bayram konserti təşkil olunmuşdur.

08 noyabr 2026 | 14:00
Bərdə Rayon İcra Hakimiyyətinin və rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, idarə və təşkilatların əməkdaşları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir çərçivəsində iştirakçılar rayonun ümumtəhsil, peşə və incəsənət məktəblərinin şagirdlərinin Zəfər Gününə həsr olunmuş rəsm və əl işlərindən ibarət sərgisi ilə tanış olmuşlar.
Konsert proqramı Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamışdır.
Tədbirdə çıxış edən Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev xalqımızın tarixinə qızıl hərflərlə yazılmış Zəfər Gününün əhəmiyyətindən, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun nümayiş etdirdiyi qəhrəmanlıqdan, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə əldə olunan tarixi Qələbədən bəhs edib və iştirakçıları bayram münasibətilə təbrik edib.
Daha sonra rayonun mədəniyyət və incəsənət nümayəndələrinin ifasında təqdim olunan rəngarəng musiqi nömrələri, vətənpərvərlik ruhunda mahnılar və bədii kompozisiyalar iştirakçılara bayram əhval-ruhiyyəsi yaşadıb. Konsert proqramı rayon sakinləri tərəfindən böyük maraq və coşqu ilə qarşılanıb.
Keçidlər